Qaraçöp icmasında kənd yığıncağı keçiriləcək
30 oktyabr tarixində, saat 14:00-da Saqareco bələdiyyəsinin Qaraçöp icmasının Qazlar kəndində kənd yığıncağı keçiriləcək. Görüş “Qaraçöp İcma Mərkəzi” tərəfindən təşkil edilib.

Mərkəzin yaydığı məlumata görə, yığıncağın əsas məqsədi kənddə mövcud olan problemlərin və ehtiyacların əhali ilə müzakirə edilməsi, daha sonra isə əhalini narahat edən məsələləri yerli özünüidarəetmə orqanlarının gündəliyinə salınmasıdır.

“Kənd sakinləri, düşünürük ki, qeyd olunan formatda reallığımız barədə yerli özünüidarəni daha yaxşı məlumatlandıra biləcəyik. Hansı ki, yerli özünüidarə ilə kənd əhalisi arasında “körpü qırıqlığının” aradan qaldırılmasına xidmət edir.

Məqsədimiz odur ki, kəndlilər müzakirə zamanı onların problemlərini, çağırışlarını və ehtiyaclarını müzakirə etsinlər. Harada ki, sizin dəstəyiniz və iştirakınız çox vacibdir.

Ümid edirik ki, siz də görüşdə iştirak edib, əhalinin çağırışına dəstək, səsinə səs olacaqsınız”,
– paylaşılan məlumatda deyilir.

Təşkilatçıların sözlərinə görə, kənd yığıncağı Qaraçöp icması tarixində ilk dəfə keçiriləcək. Onlar ümid edir ki, görüşdə əhali fəal şəkildə iştirak edəcək.

Print Email
FaceBook Twitter Google