Sabirkənd sakini Polşada qətlə yetirilib
Marneuli bələdiyyəsinin Sabirkənd kəndində yaşayan 40 yaşlı kişi Polşada qətlə yetirilib. "Mtavari"nin məlumatına görə, hadisə oktyabrın 20-də baş verib.

Məlumata görə, Gürcüstan vətəndaşı olan gənc bir müddət əvvəl Polşaya maşın gətirməyə gedib.

Qətlin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Hazırda cənazənin Gürcüstana gətirilməsi istiqamətində iş aparılır.
Mənbə: mtavari.tv

Print Email
FaceBook Twitter Google