Marneulinin 8 küçəsində kanalların bərpası planlaşdırılır.
Yerli özünüidarə Marneuli ərazisindəki suvarma kanallarının bərpası
üçün 387 655 lari dəyərində tender elan edib.
Qeyd olunan vəsaitlə Tsereteli kəndində (məktəb ərazisində),
Marneulinin Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca,
Tbilisi, Lağidze və 20 Yanvar küçələrində suvarma kanalının bərpası
planlaşdırılır.
Meriya kanalların
bərpası üçün vəsaiti 2023-cü ilin büdcəsindən
ayırıb. Tenderdə iştirak etmək istəyənlər 11 noyabrdan 16
noyabradək təkliflərini təqdim edə bilərlər.
Qalib şirkət müqavilə bağlandıqdan 120 gün ərzində işləri təhvil
verməlidir.