Marneulili pedaqoq Samirə İsmayılova Milli Müəllim Mükafatına layiq
görülüb.
O, Marneuli bələdiyyəsinin Qasımlı kənd ictimai məktəbinin ingilis
dili müəllimidir. Milli müəllim günü ilə əlaqədar mükafatlandırma
bu gün, 27 oktyabr tarixində Tbilisi Zakaria Paliaşvili adına
Dövlət Opera və Balet Teatrında baş tutub.
Hökumətin qərarı ilə müəllimlər günü olaraq 27 oktyabr, İakob
Qoqebaşvilinin doğum günü seçilib.
Elm və
Təhsil Nazirliyinin məlumatına görə, qeyd olunan tarixdə,
“Cəmiyyətin və təhsil sisteminin inkişafında xüsusi
xidmətlərinə görə əməkdar müəllimlər hər il mükafatla təltif
olunacaqlar”.
Mükafatı qazanan müəllimlərə xüsusilə hazırlanmış döş nişanı və 10
000 lari dəyərində pul mükafatı verilib.