Bu gün, 17 noyabr tarixində Marneuli Bələdiyyə Məclisinin növbəti
14-cü iclası keçirilib.
İclasda 10 məsələ müzakirəyə çıxıb və deputatlar məsələlərin hamısı
ilə bağlı müsbət qərar qəbul ediblər.
Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze mətbuata söhbəti
zamanı bildirdi ki, bugünkü iclasda bir neçə mühüm məsələ müzakirə
olunub. Onlar arasında 2023-cü il büdcəsinin həyata keçirilməsinin
9 aylıq hesabatı,
meriya xidmətlərinin fəaliyyət hesabatı, inkişaf
planı və s. var idi.
“Burada meriya xidmətlərinin hesabatı təqdim olundu. Bu
1 yanvar tarixindən 1 noyabra qədər görülmüş işlərin hesabatıdır.
Bütün xidmətlər dinlənildi və qiymətləndirildi, hamısı müsbət
dəyərləndirildi. Eləcə də müzakirə olunacaq məsələlər arasında
bələdiyyədə aparılan 9 aylıq hesabatların dinlənməsi mühüm idi.
Həmin hesabat da artıq veb-səhifədə yayımlanıb və hamı baxa bilər.
Mühüm məsələlər arasında Marneuli bələdiyyəsinin ortamüddətli
planının hazırlanması da var. Bu 4 illik plandır ki, bələdiyyənin
növbəti 4 il ərzində işləməli olduğu bütün istiqamətlər, əsas
prioritetlər qeydə alınıb. İndiyə qədər Marneuli bələdiyyəsi üçün
aktual olmayan mövzuların indi nəzərə alınması mühümdür. Bu turizm
istiqamətidir və çox rəngarəng proqram olacaq”, –
Nino Beridze bildirib.
Marneuli Bələdiyyə Məclisinin iclasında Marneuli şəhərində Yenə də
Böyüyəcəklər abidəsinin ətraf ərazisinin icarə ilə özəl şəxsə
verilməsi məsələsi də dəstəklənildi. Bələdiyyə Məclisi iclasında
eləcə də Marneulinin müxtəlif yardım tələb edən 5 vətəndaşının
yardım istədiyi sosial məsələlər müzakirə olunub.
“Marneuli tarixində ilk dəfə genişləndirmə planı
müzakirə olunur və təsdiqlənir. Bu Lağidze küçəsidir. Bilirsiniz
ki, bələdiyyələrin əksəriyyətində, eləcə də bizdə genişləndirmə
planı yoxdur. Amma indi bi rküçənin timsalında, Lağidze küçəsində
baş verir və demək olar ki, büdcənin müzakirəsi ilə aparılan
prosesdir. Bu gün, Bələdiyyə Məclisi genişləndirmənin ətraflı plan
və konsepsiyasını bəyənib. Bundan sonra meriya onun
ictimailəşdirilməsini təmin edəcək və məsləhətlərə başlanılacaq,
əhali ilə ictimai görüşlər baş tutacaq”, – Marneuli
Bələdiyyə Məclisi Aparatının rəhbəri bildirib.
Marneuli Bələdiyyə Məclisi iclasınn başlaması zamanı sədr Amiran
Qiorqadze bildirib ki, vətəndaşlar artıq Marneulinin 2024-ci il
büdcəsinin müzakirəsində iştirak edə bilər. Büdcənin ilk ictimai
müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində, Marneuli meriyasında
baş tutacaq. İctimai müzakirədə hər bir maraqlanan şəxs iştirak edə
bilər.