“Tene” şirkəti Marneulidə plastmasla çirkləndirməyə qarşı hədiyyə aksiyası keçirəcək
“Tene” şirkəti Marneulidə plastmasla çirkləndirməyə qarşı hədiyyə aksiyası keçirəcək. Aksiya çərçivəsində Marneulidə, “Azərbaycan Evinin” ərazisində yerləşən parka plastmas şüşə qablar və ya 50 qapaq apara, 1 tene koyn əldə edə bilərsiniz. Tene koynu 1 tene USB kabelinə dəyişə bilərsiniz! Qeyd olunan aksiya “Yaşıl Düşüncə” təşəbbüs qrupu ilə əməkdaşlıqla həyata keçirilir.

"Tene şirkəti plastmasla çirklənməyə qarşı mübarizədə irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, etnik mənsubiyyətindən, dilindən, dinindən, siyasi və ya başqa baxışlarından, sosial mənsubiyyətindən, əmlak vəziyyətindən, yaşayaış yerindən və başqa əlamətlərindən asılı olmayaraq hamı ilə birləşir!", - şirkətin məlumatında yazılıb. 

Aksiya Marneulidə 13 dekabr tarixində, saat 14:00-dan 15:00-a kimi keçiriləcək.

Aksiyada iştirak etmək üçün “Tene”-nin paylaşımını siz də “Public”-də paylaşın!


Nəzərə alın ki, 1 istifadəçiyə yalnız 1 USB kabel veriləcək.

Print Email
FaceBook Twitter Google