Marneuli bələdiyyəsinin gənclərinə Gürcüstan İncəsənət
Elmi-Araşdırmalar İnstitutu təlim keçəcək.
Peşə bacarıqlarının inkişaf etdirilməsi üçün seminar fevral ayında
keçiriləcək.
Yerli özünüidarə məruzələr və tədris üçün təqdimatların
hazırlanması üçün "Gürcüstan İncəsənət Elmi-Araşdırmalar
İnstitutuna" 4 300 lari ödəyib. Marneulidə təlimlər 1-2 fevral
tarixlərində planlaşdırılır.
"Xatırladaq ki, cari ilin fevral ayında Marneuli
bələdiyyəsində beynəlxalq təşkilatların iştirakı ilə beynəlxalq
forum keçiriləcək.
Qeyd olunan forumda gənclərin iştirakı və layihələrinin təqdimatı
mühüm hissələrdən biridir. Buradan irəli gələrək, Marneuli
bələdiyyəsindəki gənclərin müvafiq şəkildə kəşf edilməsi və peşə
ixtisasının inkişafı üçün təlim-kursun keçirilməsi məqsədəuyğundur.
Təlim kursu "Gürcüstan İncəsənət Elmi-Araşdırmalar İnstitutu"
təqdim edəcək", – Meriyanın. Səhiyyə, Sosial Təminat,
Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin
rəhbəri Nino Dekanoidzenin izahatnaməsində deyilir.
"Gürcüstan İncəsənət Elmi-Araşdırmalar İnstitutu"nun məlumatına
görə, gənclərə Marneulinin növbəti illərdə əməkdaşlıq edəcəyi
beynəlxalq təşkilatlar ilə əlaqədar məlumat veriləcək. Həmçinin,
təlim iştirakçılarına beynəlxalq forum üçün təqdim ediləcək
layihələrin hazırlanmasında kömək edəcəklər.