Marneuli bələdiyyəsinin İmir kəndində yerləşən “Kəsik təpə” xidmət
göstərilməsi üçün Mədəni İrsin Milli Mühafizəsi Agentliyinə
verilib.
Bu qərar Bələdiyyə Məclisinin 31 yanvar tarixində baş tutan
iclasında qəbul olunub. Bələdiyyə Məclisi Aparatının sədri Nino
Beridze bizimlə söhbət zamanı bildirdi ki, söhbət 2 hektar torpaq
sahəsindən gedir.
“İmirin kəsik təpəsinə mədəni iris abidə status verilib və həmin
ərazi, 2 hektar müvafiq infrastruktur həyata keçirmək üçün sonradan
Gürcüstan Mədəni İrsin Milli Mühafizə Agentliyinə istifadə
hüququnun verilməsi məqsədi ilə dövlətə təhvil verilib. Dövlət
xidmət göstərməni öz üzərinə götürəcək”, – Nino
Beridze bildirib.
Gürcüstan Mədəni İrsin Milli Mühafizə Agentliyi tərəfindən
yayımlanmış məlumata görə, İmirdə yerləşən “Kəsik təpə”-yə 2009-cu
ildə mədəni irs status verilib.
Marneulidə İmir “Kəsik təpə”-nin üzərinin örtülməsi işləri 2020-ci
ildə həyata keçirilməli idi. Bunun üçün yerli büdcədən 750 000 lari
nəzərdə tutulmuşdu. Bələdiyyənin maliyyə imkanları məhdud
olduğundan layihəni həyata keçirmək mümkün olmayıb.