12 fevral tarixində, Marneulidə kəndə dəstək proqramı çərçivəsində
görüşlərin keçirilməsinə başlanılır.
Prioritetlərin seçilməsi məqsədilə yığıncağın ilk günü on kənddə
əhali ilə görüşlər keçiriləcək.
Həmçinin, Marneuli meri Kənan Ömərovun kəndində də görüş baş
tutacaq.
Kənd toplantısının keçiriləcəyi vaxt və yer:
- Sabirkənd – məktəb ərazisi – saat 15:00
- Algeti – inzibati bina ərazisi – saat
13:00
- Təzəkənd – məktəb ərazisi – saat 14:00
- Qasımlı – Mədəniyyət Evinin ərazisi – saat
11:00
- Ağməmmədli – İcma Mərkəzi (Qadın otağı) Evinin ərazisi
– saat 12:00
- Quşçu – məktəb ərazisi – saat 13:00
- Qaçağan – Mədəniyyət Evinin ərazisi – saat
16:00
- Təkəli – məktəb ərazisi – saat 15:00
- Xancığazlı – məktəb ərazisi – saat 13:00
- Kirəç Muğanlı – məktəb ərazisi – saat
14:00
Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında
Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 10
000, ən çox 20 000 lari vəsait ayrılıb.
Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə
müxtəlif layihələrin həyata keçirilməsi mümkün olacaq:
- İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri,
baş tikililər, təmizləyici qurğular və s.);
- Suvarma sistemləri;
- Kanalizasiya arxları;
- Sahil bərkitmə işləri;
- Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və
digər yol infrastrukturu;
- Körpülər, keçidlər;
- Küçə işıqları;
- Məktəb ərazisinin abadlaşdırılması;
- Məktəbəqədər təhsil müəssisələri və müvafiq
inventar;
- Ambulatoriya binaları;
- Qəbiristanlıqların hasarlanması və
abadlaşdırılması;
- İdman infrastrukturu, meydançalar və meydançaların
inventarı;
- Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin,
uşaq parkları, eləcə də istirahət məkanları,
ayaqyolu;
- Dəyirmanların və müvafiq inventarların
bərpası;
- Mini SES-lər və belə stansiyaların
bərpası;
- Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq,
müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən
nişanların yerləşdirilməsi.
İstifadə edilən əsas şəkil ötən il keçirilən kənd
toplantısındandır.