Xocorni, Güllübağ və Tsopi kəndlərində Kəndə Dövlət Dəstəyi Proqramı çərçivəsində görüş keçirilib
23 fevral tarixində Xocorni, Güllübağ, Tsopi kəndlərində Kəndə Dövlət Dəstəyi Proqramı çərçivəsində yığıncaq keçirilib. Görüşdə Marneuli bələdiyyəsinin nümayəndələri və kənd əhalisi iştirak edib. Yerli sakinlər dövlət nümayəndələrinə kənddə mövcud olan problemlərdən danışıblar.

İlk olaraq görüş, Xocorni kəndində məktəb ərazisində başlayıb və yerli sakinlər kənddə uşaq meydançasının qurulmasını dəstəkləyiblər.

Daha sonra görüş Güllübağ kəndində davam etdirilib. Meriya nümayəndələri əhalini dinləyib və onların istəklərindən irəli gələrək daxili yollara çınqıl tökülməsinə qərar verilib.

Son yığıncaq Tsopi kəndində keçirilib. Sakinlər öz fikirlərini irəli sürüblər və son nəticədə daxili yolların betonlanmasını tələb ediblər.

Qeyd edək ki, fevralın 12-də Marneulidə Kəndə Dəstək Dövlət Proqramı başlayıb
və bələdiyyə əməkdaşlarından ibarət qruplar müxtəlif kəndlərdə sakinlərlə görüşür.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 26 fevrala qədər davam edəcək. Kəndə Dəstək Proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google