Marneuli bələdiyyə meriyası Gürcüstanın bütövlüyü uğrunda
müharibədə həlak olmuş qəhrəmanların analarını
və həyat yoldaşlarını 3 mart münasibəti ilə təbrik etmək üçün gül
dəstəsi, hədiyyə səbətləri verəcək. Bələdiyyə artıq 8 hədiyyə
səbətini sadələşdirilmiş qaydada alıb. Səbətə şirniyyat, şərab və
meyvə şirəsi daxildir. Yerli özünüidarə səbətləri birbaşa qaydada
“Marneuli Mall” MMC-dən alıb.
“Xatırladım ki, Gürcüstanın bütövlüyü uğrunda həlak
olmuş qəhrəmanlar və onların adının yaşadılması üçün ailələrindəki
xanımlara 8 ədəd hədiyyə səbətinin (Hazırlanması üçün material və
yerində hədiyyənin bağlanma xidməti ilə birlikdə), 8 ədə şirniyyat
dəstinin (müxtəlif növ), 8 ədəd təbii meyvə şirəsinin (1 litrli
qablaşdırmada), 8 ədəd qırmızı şərabın (0,75 l. qablaşdırmada), 8
ədəd gül dəstəsinin alınmasını məqsədəuyğun hesab edirəm. Xahiş
edirəm, müvafiq xidmətə alqı-satqılarla bağlı qanunvericiliklə
nəzərdə tutulmş işləri həyata keçirmək tapşırığı
verəsiniz”, – Meriyanın izahatnaməsində yazılıb.
Marneuli meriyasına hədiyyə səbətlərini almaq 280 lariyə başa
gəlib. Bir səbətin dəyəri 35 laridir. Hələ ki, bələdiyyənin gül
dəstələrinin alınmasına neçə lazri xərcləyəcəyi məlum deyil.