Bütün Gürcüstan Müsəlmanları İdarəsi Adigeni bələdiyyəsində baş
verən hadisə ilə bağlı bəyanat yayıb.
İdarənin yaydığı məlumatda deyilir ki, bununla bağlı aidiyyatı
orqanlara müraciət ediblər.
Bəyanatı sizə təqdim edirik:
“Adigeni bələdiyyəsində baş verən hadisə bizi dərindən
narahat etdi. Biz insanların etnik və dini zəmində təqibə məruz
qalamasını qınayırıq və bunun qətiyyən qəbuledilməz olduğunu
bildiririk.
Xatırladırıq ki, ölkəmizin konstitusiyasında din və etiqad azadlığı
qorunur. Buna görə də, hər bir vətəndaşın vəzifəsidir ki, həm ölkə
konstitusiyasına, həm də bir-birinin dəyərlərinə, müxtəlif etnik və
konfessiyalara mənsub insanlara hörmətlə yanaşsın.
Faktla əlaqədar olaraq tərəfimizdən, aidiyyəti dövlət qurumlarına
müraciət edirik ki, Gürcüstanda ənənəvi tolerantlığa bərpası mümkün
olmayan, ziyan vura biləcək oxşar halların gələcəkdə
təkrarlanmaması üçün baş vermiş hadisəni operativ şəkildə
araşdırıb, müvafiq tədbirlər görsünlər.
Bir daha tərəfləri sakit olmağa və təxribatlardan çəkinməyə
çağırırıq.
Uca Allahdan önümüzdəki mübarək Ramazan ayına xatir ölkəmizə və
bütün dünyaya sülh və əmin-amanlıq bəxş etməsini
diləyirik”.