21 mart tarixində Marneulidə Novruz Bayramı qeyd olunacaq.
Tədbirin təşkilatçısı Marneuli meriyasının
elan etdiyi tenderdə qalib gəlmiş fərdi sahibkar Davit
Qoderdzişvilidir. O, yerli özünüidarəyə tədbiri 125 000 lariyə
təşkil etməyi təklif edib. Şirkətdən “Marneuli” radiosuna
bildirirlər ki, Novruz şənliyində bir müğənni Azərbaycandan dəvət
olunacaq, qalan ifaçılar isə Gürcüstanda fəaliyyət göstərən adamlar
olacaq. Azərbaycandan müğənni Vəfa Şərifova gələcək.
O, dinləyicilərin qarşısında 45 dəqiqəlik repertuarla çıxış edəcək.
Tədbirin aparıcısı repçi Nato (Afik Novruzov) və jurnalist Nanka
Kokiaşvili olacaq. “Leon” dueti də musiqili nömrələr təqdim
edəcək.
“Azərbaycandan Vəfa Şərifova gələcək, aparıcı azərbaycanlı,
tanınmış repçi Nato və gürcüdilli Nanka Kokiaşvili olacaq. Teatr
truppası da olacaq, performans təqdim edəcəklər. Animatorlar Şousu,
Leon dueti dəvət olunacaq və azərbaycanlı müğənni, aşıq Nargilə
Mehdiyeva də olacaq. Azərbaycandan yalnız bir müğənni gətiriləcək,
qalanları Gürcüstanda fəaliyyət göstərənlərdir”, – şirkətdən
bildirirlər.
Tenderə görə, Marneulinin yerli büdcəsindən Azərbaycandan dəvət
olunmuş müğənniyə 3500 lari ödəniləcək. Aparıcılara 1000 lari,
musiqili qruplara isə 1500 lari veriləcək.
Novruz bayramında kulinar masterklasları, tonqal yandırma ənənəsi,
idman tədbirlər və s. nümayiş etdiriləcək.
Marneuli yerli özünüidarəsi 2024-cü ildə Novruz bayramında
konsertin təşkil olunması üçün nəzərdə tutulan xərcləri ötən ilin
xərclərinə nisbətən ikiqat artırıb. 163 250 lari dəyərində tenderdə
bu il dörd namizəd iştirak edib. Qalib isə fərdi sahibkar Davit
Qoderdzişvili olub.
“Novruz” fars sözüdür. Onun bir hissəsi “Nov” – yeni, digər hissəsi
isə “Ruz” bu gün deməkdir. Novruz Bayramı yazın, bəzi ölkələrdə isə
yeni ilin gəlişidir. Bayram süfrəsinə xüsusi diqqət yetirilir - bu
gün üçün xüsusi olaraq üç növ şirniyyat hazırlanır: “Şəkərbura”,
“Qoğal” və “Paxlava”. Yumurtalar da qırmızı rəngə boyanır və
səmənin yanına düzülür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil
olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415