Novruz bayramı tədbiri ilə əlaqədar Marneuli meriyası ərazisində
küçə bağlanacaq.
Bu barədə yerli özünüidarə məlumat yayıb və yazıb ki, meriya binası
ərazisində Rustaveli küçəsi bu gün, 20 mart, saat 19:00-dan
bağlanacaq. Maşınların hərəkəti 21 mart, saat 23:00-da bərpa
olunacaq.
Marneulidə Novruz bayramına həsr edilmiş tədbir 21 mart tarixində,
saat 12:00-da başlayacaq.
Gündəlik belədir:
- Saat 12:00 – Rustaveli küçəsində yürüş, Bahar qızın
faytonla gəlişi, “Su çərşənbəsi”, “Yel çərşənbəsi”, “Torpaq
çərşənbəsi”, “Od çərşənbəsi”.
- Saat 12:40- Ənənəvi tonqalın yandırılması, Novruz
bayramının rəmzlərindən biri;
- Saat 13:00- Tbilisi Azərbaycan Dövlət Dram Teatrının
aktyorlarının iştirak etdiyi tamaşa: Novruzun rəmzi olaraq tanınmış
qəhrəmanların Bahar qızı, Kosa, Keçəl və Dədə Qorqudun
təcəssümü.
- Tədbir çərçivəsində sərgi pavilyonları, uşaqlar üçün
əyləncə məkanı, attraksionlar, animatorlar şousu nümayiş
etdiriləcək. Yerli rəssamların əsərləri, əl işləri, şirniyyat
məmulatları, çiçəklərin sərgi-satışı, ənənəvi yeməklər,
şirniyyatlar və çay təqdim olunacaq.
- Bayram proqramı çərçivəsində gürcü güləşi, qol güləşi,
oxçuluq üzrə idman fəaliyyətləri keçiriləcək.
Konsert proqramı
- Saat 13:00 – Tina Nargilə və yerli
ifaçılar
- Saat 13:45 – Duet Leon
- Saat 14:15 – Dəvət edilmiş müğənni Vəfa
Şərifova.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415