Bu gün, 25 mart tarixində, saat 12 radələrində Tbilisi "Cümə"
məscidində yanğın baş verib.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş vermiş
qısaqapanma olub.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminovun
"Marneuli" radiosuna verdiyi məlumata görə, yanğın dəstəmazxanada
qeydə alınıb.
"Yanğın dəstəmazxanada baş verib. Məscidə ziyan
dəyməyib. Ciddi bir şey yoxdur. Yanğınsöndürənlər hadisə yerinə tez
bir zamanda gəldilər. Yanğının qarşısı tez bir zamanda alındı.
Məscidə heç bir ziyan dəyməyib. Narahatçılığa əsas yoxdur. Ehtimal
olunur ki, yanğın elektrikdən baş verib. Son nəticə araşdırmadan
sonra məlum olacaq".
Hadisə yerinə Fövqaladə Halların İdarəolunması Agentliyinin
əməkdaşları cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı tez
bir zamanda alınıb.
Faktla bağlı araşdırma aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415