Marneulili oxçu qız, Miranda Saqinadze Ermənistanda baş tutan
beynəlxalq turnirdə uğurla çıxış edərək çempion olub.
Marneuli İdman Məktəbinin yayımladığı məlumata görə, 27 mart
tarixindən 1 aprelə tarixinə qədər Yerevanda oxçuluq üzrə “Açıq Qış
Çempionatı” beynəlxalq turniri baş tutub. Miranda Saqinadze də
turnirdə iştirak edib.
“Miranda fərdi yarışda, qızlar və oğlanlar arasında
qarışıq cütlük, eləcə də qızlar arasında komanda halında ümumilikdə
üç qızıl medal, çempionluq əldə edib”, – Marneuli
İdman Məktəbinin məlumatında qeyd olunub.
İdman Məktəbinin məlumatına görə, turnirin çempionu və mükafatçısı
müvafiq medallar, diplom və pul mükafatları ilə təltif
olunublar.
Marneulili oxçunun fərdi məşqçisi Qiorqi Qordezianidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415