Marneulili repçi “Nato” və Dənizin klipini ilk olaraq Parlamentin
Marneuli və Qardabani seçki dairəsindən seçilmiş deputatı Zaur
Darğallı öz feysbuk səhifəsində paylaşıb.
İctimaiyyətin səbirsizliklə gözlədiyi mahnı və klip 4 aprel
tarixində, axşam saatlarında yayımlanıb. Klipi ilk paylaşan deputat
olub, daha sonra isə ifaçı yayımlayıb.
Mahnı Gürcüstana olan sevgidən bəhs edir. Müğənnilər bunu gürcü də
azərbaycan dilində ifa edirlər. Mahnının bir hissəsi Gürcüstan
yığmasının qələbəsinə aiddir. Videoda Gürcüstan-Yunanıstan oyununu
təsvir edən kadrlar da yer alıb. Baxmayaraq ki, mahnı yığmanın
qələbəsinə həsr olunmamışdı.
27 mart tarixində yayımlanan mahnının qısa təqdimatında müğənni
Nato-Afiq Novruzov qeyd etmişdi ki, bu xoş təsadüfdür və bu mahnı
ilə yığmanın qələbəsini təbrik edirlər.
İfaçılar Gürcüstanın tolerantlığı, təbiət və ölkənin məşhur
futbolçusu haqqında oxuyurlar.
Mahnının sonunda klipin Parlamentin iki deputatı, Zaur Darğallı və
Savalan Mirzəyev tərəfindən maliyyələşdirildiyi qeyd olunur.
Mahnının qısa versiyasının çoxsaylı yayımlanmasından sonra repçi
statusunda klipin deputatların maliyyə dəstəyi ilə çəkilməsini
anons edib.
Repçi NATO üçün siyasi aktorlarla əməkdaşlıq etmək yeni deyil.
O, siyasətçilərin seçkiqabağı dövrdə istifadə etdiyi bir neçə
mahnının müəllifidir. Onlar arasında Əhməd İmamquliyev və Temur
Abazov da var.
Onun seçkiqabağı dövrdə o zamankı merliyə namizəd Zaur Darğallıya
da mahnı yazdığı deyilirdi, ancaq mahnı yayımlanmadı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415