Kvemo-Kartlidə yaşayan etnik azərbaycanlı gənclər üçün yay
düşərgəsi elan olunub.
Yay düşərgəsi Gürcüstan Məhkəməsinin Mühafizəçisi tərəfindən həyata
keçirilən “Hüquqların müdafiəsinin təşviqi naminə etnik azlıqların
sosiallaşması” layihəsi çərçivəsində 2024-cü ilin iyun ayında
keçiriləcək.
Layihənin məqsədi hüquqi sosiallaşmanı təşviq etməklə etnik
azlıqların hüquqlarının müdafiəsinin təkmilləşdirilməsidir.
Layihədə Kvemo-Kartlidə yaşayan 18-30 yaş arası etnik azərbaycanlı
gənclər (gürcü dilini bilməyən şəxslər) iştirak edə bilər.
Yay düşərgəsinə xüsusi seçilmiş təlimçilər tərəfindən keçiriləcək 4
günlük intensiv təlimlər daxildir. İştirakçılar bir tərəfdən
məhkəmə və insan hüquqları, digər tərəfdən isə məlumat
kampaniyalarının planlaşdırılması/həyata keçirilməsi mərhələləri
haqqında məlumat alacaqlar.
Yay düşərgəsində iştirak etmək istəyənlər verilmiş keçidə
https://docs.google.com
daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat tarixi 10 aprel 2024-cü ilə qədərdir.
Müraciətlər qəbul edildikdən sonra düşərgəyə müsahibə əsasında 20
iştirakçı seçiləcək.
Qeyd olunan layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən
“Gürcüstanda hüquqların müdafiəsinin monitorinqi və təşviqat
potensialının gücləndirilməsi” proqramı çərçivəsində həyata
keçirilir.
Layihə Niderland Helsinki Komitəsi (NHC), “Hert School”, İnsan
Hüquqları Mərkəzi və Gürcüstanın Demokratik Təşəbbüsünün dəstəyi
ilə həyata keçirilir.
Bu haqda məlumatı “Sasamartlos Gushaqi” səhifəsi paylaşıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415