Meriya Sabirkəndin yolları ilə bağlı tenderin vəsaitini 88 695 lari artırıb
Marneuli meriyası Sabirkənddə daxili yollara asfalt çəkilməsi üçün elan edilmiş tenderin vəsaitini 88 695 lari artırıb.

Yerli özünüidarə birinci tenderi fevral ayında 415 682 lari həcmində elan edib, ancaq tenderdə heç bir şirkət iştirak etməyib. Yeni tenderi dəyişdirilmiş vəsaitlə 5 aprel tarixində elan olunub. Meriya Sabirkəndin 5 hissəsində yola asfalt qatının çəkilməsinə 504 377 lari xərcləyəcək.

Sabirkəndin yolları üçün layihə 2021-ci ildə “Project Company” MMC tərəfindən hazırlanıb.

“Tapşırığa əsasən “Project Company” MMC mütəxəssisləri tərəfindən yerində sahə-tədqiqat və mühəndis-geoloji tədqiqat işləri aparılıb, ərazinin topoqrafik tədqiqatı keçirilib. Dizayn prosesi zamanı sifarişçinin tələbləri və müvafiq tövsiyələri nəzərə alınıb. Ümumilikdə layihədə beş yol var. Yollar hər iki tərəfdən bağlarla həmsərhəddir. Obyektdə kəsişən beton, asbest və metal borulara rast gəlmək olar. Layihədə kəsişən boruların sökülməsi nəzərdə tutulur”, – layihənin izahatında yazılıb.

Layihə ilə mövcud palçıqlı torpaq örtüyünün təmizlənməsi və daşınması nəzərdə tutulub. İşlər təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilməlidir.

“Təhlükəsizlik texnikasına, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına, norma və təlimatlarına riayət etmək, onları bütün işçilərə öyrətmək lazımdır. İşə başlamazdan əvvəl təlimatın aparılması, təhlükəsizlik qaydalarının öyrədilməsi, yol nəqliyyat vasitələrinin müvafiq səs və işıq siqnalı olmalıdır. Yol nəqliyyat vasitələrinin dayanması gündüz qırmızı qəza dayanma siqnalları və maneələrlə, gecə qırmızı işıqforla məhdudlaşdırılmalıdır. Tikinti təşkilatı işləri təhlükəsizlik, əmək, istehsalat sanitariyası qaydalarına tam riayət etməklə aparmağa görə məsuliyyət daşıyır”, – tender sənədlərində yazılıb.

Yeni tenderdə iştirak etmək istəyən namizədlər 24-29 aprel tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri həyata keçirməlidir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google