BGMİ müsəlman məhkumlar üçün penitensiar xidmətə müraciət edib
Bütün Gürcüstan Müsəlmanları İdarəsi hər il olduğu kimi bu il də müsəlman məhkumlar üçün penitensiar xidmətə müraciət edib. Bu barədə məlumatı Bütün Gürcüstan Müsəlmanları İdarəsi rəsmi səhifəsində paylaşıb. Paylaşılmış məlumatı sizlərə təqdim edirik.

“Bütün Gürcüstan Müsəlmanları İdarəsi ötən bayramlarda olduğu kimi, bu il də qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar müsəlman məhkumlar üçün bayram yeməklərinin qəbulu ilə bağlı Xüsusi Penitensiar Xidmətə müraciət edib.
Xüsusi Penitensiar Xidməti Müsəlmanlar İdarəsinin müraciətinə baxaraq, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 10-11-12 Aprel tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının müəssisələrə buraxılmasına icazə verib.
Ramazan bayramı ilə əlaqədar müəssisələrdə icazə verilən qidaların siyahısı:
1. Soyutma ət – 3 kq
2. Plov – 2 kq
3. Pendir – 2 kq
4. Üzüm qurusu əlavə olunmuş tort
5. Qızardılmış və soyutma toyuq əti
6. Xiyar-pomidor – 3 kq
7. Meyvə – 5 kq."



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google