Bir neçə gündür ki, yerli özünüidarə nümayəndələri “Gürcü
Arzusu”-nun “Rusiya qanunu” haqqında yanlış məlumatlar yayılmağa
başlanıb.
“Rusiya qanunu” haqqında Marneulili dövlət məmurları və meriyada,
Bələdiyyə Məclisində, bələdiyyə şirkətlərinin əməkdaşları da yanlış
məlumat yayırlar. Feysbuk dövlət məmurları və “Gürcü Arzusu”
dəstəkçilərinin yayımladığı kartları saxta məlumat olaraq
işarələyib.
Bu gün, 8 aprel tarixində feysbukun saxta məlumat olaraq qeyd
etdiyi plakatlar Marneuli küçələrində görünüb. Həmin məlumatları
yerli özünüidarə nümayəndələri fəal olaraq öz səhifələrində
paylaşırdılar. Saxta məlumat daşıyan posterlər Marneulidə demək
olar, bütün işıq dirəklərinə, dayanacaq və tikilməkdə olan
korpusların hasarlarına yapışdırılıb.
Qeyd edək ki, saxta məlumat daşıyan posterlər yalnız gürcü dilində
yayımlanıb və etnik azlıqların dilinə tərcümə olunmayıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415