Qardabanidə iftar süfrəsi təşkil edilib (FOTO)
6 aprel tarixində Qardabanidə iftar süfrəsi təşkil edilib. "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin maddi dəstəyi ilə baş tutan iftar süfrəsində Azərbaycanın Gürcüstandakı səfirliyin nümayəndəsi Ramiz Hacızadə, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev, Qardabani rayonunun Bələdiyyə Məclisinin sədr müavini Samir Xiyalov, Bələdiyə Məclisinin üzvü Kamran Babayev, Qardabani merinin məsləhətçisi Dünyamalı Hacıyev, din xadimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

İftar süfrəsi müqəddəs Qurani Kərimdən ayələrin oxunması və azanın səsləndirilməsi ilə başlayıb.

Daha sonra "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"nin direktoru Çiçək Hüseynova və təsisçisi Raul Əliyev çıxış edərək gələn qonaqları salamlayıblar, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə müsəlmanları təbrik ediblər.

Tədbirdə səfirliyin əməkdaşı Ramiz Hacıyev çıxış edərək səfir Faiq Quliyevin adından iftar süfrəsində iştirak edənləri təbrik edib. O, çıxışında Ramazan ayının insanları gözəl əməllərə dəvət etdiyini, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırdığını vurğulayıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Sabir Musayev, Qardabani merinin məsləhətçisi Dünyamalı Hacıyev və ziyalı, tarix müəllimi Əvəzxan İsayev çıxış edərək Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik ediblər və Ramazan ayını əhəmiyyəti barədə danışıblar.

İftar süfrəsindən sonra dini ayinlər oxunub və İslam dini və onun adət-ənənələrindən söhbət açılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google