“Daha çox şəffaflıq” – Marneulili dövlət məmurlarının böyük hissəsi
sosial şəbəkədə bu ifadədən "Rusiya qanununa" haqq qazandırmaq üçün
istifadə edir.
Marneuli meriyası və Bələdiyyə Məclisində işləyənlərin əksəriyyəti
kardlar paylaşır. Həmin kardlar hakim partiya tərəfindən
Parlamentdə irəli sürülmüş “xarici təsirin şəffaflığı haqqında”
qanun layihəsinin yayımlanmasına xidmət göstərir.
Demək olar ki, yerli özünüidarədə işləyən adamların iş
öhdəliklərinə yeni funksiya/öhdəlik əlavə olunub və bu feysbuk
platformasında gündə bir neçə dəfə kardların paylaşılması ilə ifadə
olunur.
Marneuli özünüidarəsinin rəhbər şəxsləri, həmçinin, mer Kənan
Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və onların
tərəfdaşları da paylaşımlar edirlər. Feysbuk onların paylaşdığı bir
neçə məlumatı saxta hesab edib və paylaşımları saxta məlumat kimi
işarələyib.
Marneuli meriyası və Bələdiyyə Məclisində işləyən bu şəxslər yanlış
məlumat paylaşırlar: (göstəricilər ola bilsin tam vəziyyəti təsvir
etməsin).
Kənan Ömərov - Marneuli şəhərinin meri
Larisa Gelaşvili - Meriyanın büdcə planlaması və təhlili şöbəsinin
müdiri
Ekaterine Eradze - Sakrebulonun PR
Baço Mumladze - Şəhər Şurasının əməkdaşı
Davit Çikadze - Meriyanın ictimaiyyətlə əlaqələr üzrə məsul
işçisi
Amiran Qiorqadze - Bələdiyyə Məclisinin sədri
Beso Gelenidze - Şəhər Şurasının üzvü
Ani Axobadze - Sakrebulo ofisinin işçisi
Qivi Qiorqadze - Sakrebulonun üzvü
Bela Qabodze - Meriyanın icraat şöbəsinin əməkdaşı
Qoderdzi Baxturidze - Şəhər Şurası aparatının
işçisi
İa Esebua - Sakrebulonun cəmiyyət, media, qeyri-hökumət
sektoru və gender məsələləri ilə əlaqələr şöbəsinin müdiri
Kako Şubitidze - Merin Tsereteli icmasındakı
nümayəndəsi
Koba Çxitunidze - Meriyanın maliyyə və büdcə xidmətinin
rəhbəri
Dato Davadze - Meriya işçisi
Nino Dekanoidze - Meriya Səhiyyə, Sosial Təminat,
Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin
rəhbəri
Kamran Kiriakov - Marneuli nəzarət xidmətinin əməkdaşı
Nika Kusian - Şəhər Şurasının ofisinin əməkdaşı
Rima Otaraşvili - Marneuli "Qadınlar otağı"nın
rəhbəri.
Şorena Kravelidze - Meriya Sosial Xidmətində işləyir
Tatia Çaçanidze - Şəhər Şurasının ofisində işləyirdi
Temur Şubitidze - Marneuli merinin müavini
Tornike Munqolidze - xidmətdə işləyir, Marneuliyə nəzarət
edir
Vüqar Qədimov - Marneuli meriyasında işləyir
Zura Fanqan - Marneuli merinin müavini
Mari Qoqriçiani - Marneuli Şəhər Şurasının ofisində
işləyir
Maya Bayramova - İqtisadiyyat xidmətinin mütəxəssisi
Riçard Qiqan - Şəhər Şurası sədrinin müavini
Şotiko Boçoidze - Şəhər Şurasının ofisində işləyirdi
Tural İsmayılov - bələdiyyə nəzarəti şöbəsinin müdiri
Elquca Kupatadze - Təhsil, mədəniyyət, idman və gənclərlə iş
şöbəsinin müdiri
İrma Zarkva - Marneuli merinin köməkçisi
Maka Darbaidze - işlərin idarə edilməsi və vətəndaşlara xidmət
şöbəsinin müdiri
Nino Beridze - Marneuli Şəhər Şurasının Aparatının
rəhbəri
Nino Xaraişvili - Meriya Səhiyyə, Sosial Təminat, Mədəniyyət,
İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin
əməkdaşı
აგილ ამირჯანოვი - მერიის ქონების მართვისა და
მატერიალურ-ტექნიკური უზრუნველყოფის სამსახურის უფროსი
ადილ ალიევი - მარნეულის საკრებულოს წევრი
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.