Parlamentdə “Rusiya qanununu” vətəndaşların etirazı ilə yanaşı müzakirə edəcəklər
8 aprel tarixində “Gürcü Arzusu” vətəndaşların etirazı ilə yanaşı Parlamentdə “Rusiya qanununu” ikinci dəfə qeydiyyatdan keçirir. Büro iclası ilə yanaşı Parlamentin arxa girişinin qarşısında vətəndaşlar hakim partiyanın “Rusiya qanununu” geri qaytarmayacaqları ilə bağlı vədlərini pozmasına etiraz edirlər.

“Ai Fakt” –ın jurnalisti Aydan Yusif “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, ötən il əhali hakimiyyətə göstərdi ki, “Rusiya qanununun” qəbul edilməsinə uyğunlaşmayacaq.

“Ötən il artıq bu filmi izlədik və aksiyalarda birlikdə dayanmağın gücünü də gördük – bu müvafiq nəticə verdi. Məhz buna görə, indi ağır qrafikim olmasına baxmayaraq bütün aksiyalara gəlməyi düşünürəm. Bütün aksiyalara gələcəyəm və həmin 93 nəfərə xalqın nə istədiyini bir daha göstərməliyik. Bunu əhali aksiyalara getməklə həmin Parlament deputatlarına göstərməlidir, fərq etməz haradayıq, nə edirik, bunun üçün vaxtımız var ya yox. Bu axmaqlığı geri götürməkləri üçün hər şey edəcəyik”, – Aydan Yusif bildirir.

Aydan hakim partiya nümayəndələri tərəfindən media və QHT-lər üçün ayrılmış maddi resursların qara pul olaraq xatırlanmasını marazm hesab edir. Çünki özünün də qeyd etdiyinə görə, xaricdən ən çox vəsaiti məhz hakimiyyət alır, QHT və media təşkilatlar isə həmin yardımın 4%-dən yararlanırlar.

Parlamentin arxasında keçirilən aksiyada “Salam” platformasının üzvü Benyamin Qasımoğlu da iştirak edirdi. Onun sözlərinə görə, qanun qəbul olunduğu halda xarici təsir daşıyan təşkilatlar olaraq hesab ediləcək QHT və media təşkilatlar yalnız Gürcüstan əhalisinin firavanlığı üçün çalışırlar.

“Biz rüşvətxorluğun olmaması, ekologiyanın qorunması, küçələrdə sahibsiz itlərin olmaması, hər hansı hüququ tapdalanmış vətəndaşı hakimiyyətdən qorumaq üçün işləyirik. Həmçinin, bu gün meriyanın təzyiqi ilə yanlış məlumat paylaşmağa məcbur olan adamları da qorumalıyıq. Bu qanun bizim Avropaya gedən yolumuzu kəsir, bu Rusiya narativi və fəaliyyətidir, ona görə də biz bu gün burada dayanmışıq, bu qanunlayihəsinə etiraz edirik”.

Benyamin əmindir ki, lazım gəldiyi halda vətəndaşlar yenidən birləşəcəklər və ötən il olduğu kimi hakimiyyətə “Rusiya qanununu” qəbul etməyə imkan verməyəcəklər.

Mülki fəal Tozu Gülmməmədli də aksiyaya qoşulub. O, “Rusiya qanununa” qarşı aksiyada Parlament qarşısında ötən il də dayanırdı.

“Bu “Rusiya qanunu” ilə bağlı ikinci etirazdır. İlk dəfə ötən il bu qanun irəli sürüldür və o zaman əhalinin istəyi ilə bu qanunu geri çəkməli oldular. Amma indi yenidən qanunu qaytarıblar. Biz bilirik ki, bu qanunun məqsədi insan hüquqları üzərində işləyən təşkilatların və media vasitələrinin məhv edilməsidir. Onlar seçkilərə hazırlaşırlar və heç kimin seçkiləri müşahidə etmədiyi Gürcüstan, dövlət yaratmaq, istədikləri kimi seçkilər saxtalaşdırmaq istəyirlər. Azad media da olmayacaq və onların işi də asanlaşacaq. Məhz ona görə küçədəyik ki, Gürcüstanı “Rusiyanın təsirindən və qüvvələrindən qoruyaq”, – Tozu Gülməmmədli bildirir.

Parlamentdə hələ də müzakirələr aparılır. Müvafiq akreditasiyadan keçməklərinə baxmayaraq jurnalistlərin bir hissəsini iclasa buraxmırlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google