Qardabanili idmançılar Tailandda keçirilən peşəkar döyüşdə uğur qazanıblar (VİDEO)
16:52 / 10.04.2024
Qardabanili idmançılar Tailandın Pxuket şəhərində keçirilən peşəkar
döyüşdə uğur qazanıblar.
Bu barədə “Marneuli” radiosuna “Qaracalar” idman klubunun rəhbəri
İsfahan Əliyev məlumat verdi. Onun sözlərinə görə, Kənan Bayramov
və Emil Xəliov “Muay Thai” üzrə keçirilən döyüşdə rəqiblərini
məğlub edərək qələbə qazanıblar.
"Kənan Bayramov 7 aprel tarixində, Emil Xəliov isə 9
apreldə keçirilən yarışda qalib gəldilər. Emil Xəlilov kəməri
müdafiə döyüşündə 5 raundluq mübarizədə qələbə qazanaraq kəmərin
sahibi oldu. Kənan Bayramov isə çempion olaraq kubokun sahibi oldu.
Hər iki döyüşçü ölkəmizi Tailandda təmsil
edir".
Qeyd edək ki, Emil Xəlilov və Kənan Bayramov Qardabanidə fəaliyyət
göstərən “Qaracalar” idman klubunun idmançılarıdır. Onların baş
məşqçisi isə İsfahan Əliyevdir. Hər iki idmançı bir sıra xarici
ölkədə yarışlarda iştirak edib və uğurlar qazanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.