Algeti 1 saylı ictimai məktəbində dərslər keçirilmir
Marneuli bələdiyyəsinin Algeti kənd 1 saylı ictimai məktəbində bu gün dərslər keçirilməyəcək. Bu barədə sosial şəbəkədə pedaqoq məlumat yayıb. O, uzun illərdir, həmin məktəbdə işləyir. Algeti ictimai məktəbində aparılan bərpa işlərinə görə, təhsil Təzəkənddə ikinci növbədə davam etdirilir. 29 aprel tarixində məhz ikinci növbənin bütün dərsləri keçirilməyəcək.

Marneuli bələdiyyəsinin Algeti kənd 1 saylı ictimai məktəbində (Mən bu
məktəbdə dərs keçirdim və sevimli məktəbin haqqında çox yazmışam) binanın bərpasına görə bu il təhsil Təzəkənd məktəbində ikinci növbədə keçirilir. Bu gün məktəbdə dərslər keçirilməyəcək.


Kim inanırsa ki, müəllimlərin niyyəti “Rus qanununa” görə uşaqları evə buraxmaqdır və öz istəkləri ilə gedirlər, həmin adamları birbaşa Rusiyaya aparacağam, budur “Airzena” gəlib!” – Nino Çankvetadze sosial şəbəkədə yazıb.

“Marneuli” radiosu məlumatı dəqiqləşdirmək üçün Algeti 1 saylı ictimai məktəbinin direktoru Musa Omarovla əlaqə saxladı və şagirdlərin dərs prosesində iştirak etməməsinin bu gün Tbilisidə “Gürcü Arzusu” tərəfindən planlaşdırılmış, pedaqoqların aparıldığı aksiya ilə əlaqədar olub-olmadığını soruşdu. Musayev təsdiq etdi ki, Algeti 1 saylı ictimai məktəbində dərslər həqiqətən keçirilməyəcək. Səbəb olaraq isə nəqliyyatın olmamasını qeyd etdi.

“Marşrutkalar yoxdur, ona görə də bu günün dərslərini başqa günə keçirmişik. Biz başqa məktəbdə oxuyuruq. Bizi marşrutlar daşıyır başqa məktəbə. Başqa nəqliyyatımız yoxdur. Ona görə başqa bir altıncı gün dərsə davam edəcəyik. Bu gün marşrutkalar nəyə görəsə məşğuldur və ona görə də bu günün dərslərini başqa günlə əvəz etməyə qərar verdim”, – Musa Omarov bildirir.

Ondan aksiyada iştirak edib-etməyəcəyini soruşduq və cavab verdi ki, bilmir.

Hələ bilmirəm gedib-getməyəcəyimi, amma könüllülər var, getmək istəyənlər var, 10-12 nəfər olar yəqin ki”, – Musa Omarov bildirir.

Marneuli məktəblərinin əksəriyyətinə “Ekspress Turist” MMC-nin mikroavtobusları xidmət göstərir. Şirkət illərdir, Marneuli bələdiyyəsində işləyir. 2012-ci ildən bu günə qədər şirkət meriyanın elan etdiyi 19 tenderdə qalib gəlib və ümumilikdə nəqliyyat xidməti üçün 637 896 lari alıb. Şirkət buradan 160 802 lari dəyərində 3 tenderdə 2023-cü ildə qalib gəlib. Həmin şirkətin rəhbərindən Algeti məktəbində dərslərin niyə keçirilmədiyini və onun marşrutlarının harada olduğunu soruşduq. Sualımız Yuri Samxaradzeni qıcıqlandırdı, bizi yanlış məlumat yaymaqda ittiham etdi və telefonu söndürdü.

“Gürcü Arzusu” 29 aprel tarixində Parlament qarşısında “Rus qanununa” dəstək aksiyası elan edib. Marneuli uşaq bağçaları əməkdaşlarını aksiyaya getməyə məcbur edirlər. Bununla bağlı bir çox bağça müəllimi “Marneuli” radiosuna məlumat verib.
Print Email
Tags: rusqanunayox
FaceBook Twitter Google