Marneulidə təbii fəlakət bölgəsindən insanları helikopterlə təxliyə
etmək lazım gəlib.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayımlayıb və yazıb ki,
görülən xilasetmə tədbirləri nəticəsində onların hamısı
xilasedicilər tərəfindən təhlükəsiz əraziyə aparılıb.
“Güclü yağışlar nəticəsində Marneuli bələdiyyəsində
yaşayış evləri və müxtəlif obyektlər su altında qalıb. Onlar
arasında çayın daşması nəticəsində Qırmızı körpünün yaxınlığında,
içərisində vətəndaşlar olan iaşə obyektlərindən birini su basıb.
Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində
onların hamısı təhlükəsiz əraziyə çıxarılıb. Xilasetmə tədbirlərinə
sərhəd polisi helikopteri də cəlb olunub. Fövqəladə Hallar
Xidmətinin xilasetmə qrupu və sərhəd poilisinin helikopteri Bolnisi
bələdiyyəsinin Naxiduri kəndində Ktsia çayı ərazisində qalmış
vətəndaşı təhlükəsiz əraziyə çıxarıblar”, - bəyanatda
deyilir.
Marneulidə təbii fəlakət nəticəsində Debet, Algeti və Xrami çayı öz
məcrasından çıxıb.
Əhaliyə dəyən zərəri Marneuli meriyasında yaradılmış xüsusi
komissiya hesablayır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.