Marneulidə baş vermiş təbii fəlakət nəticəsində zərər çəkmiş bir
ailə mehmanxanaya yerləşdirilib.
Bu barədə bu gün, 28 may tarixində Bələdiyyə Məclisinin iclasında
məlumat açıqlanıb.
Meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidzenin çıxışında
dediyinə görə, güclü yağışlar nəticəsində Marneuli şəhərinin bir
neçə küçəsinə və kəndlərinə xeyli ziyan dəyib. Şubitidze bildirib
ki, bələdiyyədə yaradılmış 6 işçi qrupu tərəfin
dən hələ də dəymiş
ziyan araşdırılır. Mamuka Şubitidze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, təbii fəlakətdən zərər çəkən bir ailənin beş
üzvü mehmanxanaya yerləşdirilib.
“Sadaxlı əhalisinə və Şulaveri İnzibati Ərazi
Vahidliyində yerləşən kənd təsərrüfatı sahələrinə ziyan dəyib. Hər
bir vətəndaşa dəyən ziyan işçi qrupu tərəfindən ətraflı şəkildə
araşdırılır. Müvafiq qərarlar alınacaq. Qeyd etməliyik ki,
Marneulinin Beritaşvili küçəsində faktiki olaraq hər şeyi məhv
olmuş bir ailə var. Evdə qalmaq imkanı da yoxdur və bələdiyyə
tərəfindən mehmanxanaya yerləşdiriliblər”, – Mamuka
Şubitidze bildirir.
25 may tarixində, gecə saatlarında güclü yağış nəticəsində Algeti,
Xrami və Debet çayı daşıb. Marneuli şəhər küçələrinin bir qismi,
eləcə də bələdiyyənin bir neçə kəndi su altında qalıb. Təbii
fəlakətin baş verdiyi ərazilərdə hələ də təmizləmə işləri
aparılır.
Bələdiyyə Məclisinin 28 may tarixində keçirilən iclasının canlı
yayımı:
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.