Marneulidə “Azadlıq Rəqsi” adlı rəsm sərgisi keçirilib
27 may tarixində Marneulidə Gürcüstan və Azərbaycanın müstəqillik gününə həsr olunmuş “Azadlıq Rəqsi” adlı rəsm sərgisi keçirilib. Rəsm sərgi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə GAİM-in icraçı direktoru Murad Muradov açaraq qonaqları salamlayaraq hər iki dövlətin müstəqilliyinin elan edilməsi, dövlətçilik yolunda atılan adımmlarından danışıb və sərgi haqda iştirakçılara məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov çıxış edərək tədbir iştirakçılarına Komitə Sədri Fuad Muradovun salamlarını çatdırb və gənc rəssamlara uğurlar diləyib.

Tədbirdə iştirak edən ictimayət nümayəndələri çıxış edərək gənc rəssamlara uğurlar diləyiblər.

Qeyd edək ki, sərgidə GAİM-in rəsm kursunun müəllimləri Aylin Kasumova və Aysun Çobanovayla birlikdə şagirdləri Əfsanə Musayeva və Aylin Əsgərovanın əsərləri də sərgilənib.

28 may tarixinində isə GAİM rəhbərliyi və gəncləri Tbilisi şəhərində yerləşən Heydər Əliyevin büstünü ziyarət etdikdən sonra botanika bağında Fətəli xan Xoyski və Həsən bəy Ağayevin qəbirlərini də ziyarət edərək gül dəstələri qoyublar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
Tags: ABŞ Çikaqo
FaceBook Twitter Google