28 may tarixində Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr
olunmuş tədbir keçirildi. Tədbir Azərbaycanın və Gürcüstanın Dövlət
himnləri səsləndirilməsi ilə başladı.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan
parlamentinin sədri Şalva Papuaşvili, eləcə də Gürcüstanda olan
xarici ölkələrin diplomatik korpusun nümayəndələri, azərbaycanlı və
türk iş adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev açaraq
1918-ci ildə əldə edilən müstəqillik və bugünkü
uğurları, işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri
barədə tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış
etdi və o, da çıxışında Azərbaycanla Gürcüstan arasındakı dostluğun
önəmindən danışdı.
Tədbir musiqili proqramla davam etdi. Azərbaycandan gəlmiş
musiqiçilər Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa etdilər.
Həmçinin tədbirin keçirildiyi salonda Azərbaycanın inkişafını əks
etdirən fotolardan ibarət sərgi də açılmışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.