Qaratəhlədə Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbir keçirilib
27 may tarixində Qardabani rayonunun Qaratəhlə kənd ictimai məktəbində böyük Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Əliyevanın rəhbərliyi ilə hazırlanmış “ Yaxşı ki, dünyada Vurğun var imiş” adlı ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən böyük maraqla izlənilmişdir.

Şagirdlər şairin şeirlərini məharətlə ifa etmiş, “Vaqif” dramından bəzi səhnələri təqdim etmişdilər.
Tədbirdə həmçinin S. Vurğunun həyat və yaradıcılığına həsr olunmuş sənədli film də göstərilmişdir.

Qaratəhlə kənd məktəbinin direktoru Bəhram İsayev, dərs hissə müdiri Əmirxan Məmmədov, veteran müəllim Məhərrəm Cəfərov və başqaları çıxış edərək öz təəssüratlarını bölüşmüş kompozisiyanı yüksək qiymətləndirmişlər.

Tədbirin sonunda Aygün Əliyeva cıxış edən şagirdlərə və iştirakçılara öz təşəkkürünü bildirmiş, iş yoldaşı şair-publisist Rafiq Hümmətə göstərdiyi dəstəyə görə öz məmnuniyyətini ifadə etmişdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google