Marneulidə bir küçəni ad verilənə qədər rəqəmlərlə nömrələyəcəklər
Marneulidə bir küçəni ərəb rəqəmləri ilə nömrələyəcəklər. Bu barədə Marneuli Bələdiyyə Məclisinin 28 may tarixində baş tutan iclasında məlumat verilib. Məsələni Bələdiyyə Məclisinin üzvü, Qivi Qiorqadze müzakirəyə çıxarıb. O, bildirib ki, Nərimanov küçəsi ərazisində yerləşən küçəni ad verilənə qədər ərəb rəqəmləri ilə nömrələyəcəklər.

“Razılıq tələb edirlər ki, İctimai Reyestrin Milli Agentliyinin məktubuna uyğun olaraq coğrafi obyektlər
haqqında Gürcüstan qanunun səkkizinci maddəsinin yeddinci bəndinə əsasən, yeni yaradılmış və ya adı olmayan küçəyə ad verilməzdən əvvəl, şəhər ərazisində adsız küçələr hökumət komissiyasının rəyi olmadan ərəb rəqəmləri ilə adlandırılsın”,
– Qivi Qiorqadze məsələni müzakirə edərkən bildirib.

Meriyanın Əmlak İdarəerməsi və Maddi-texniki Təminat Xidmətinin rəhbəri Aqil Əmircanov iclasda qeyd edib ki, məntəqəyə 12-ci nömrə verəcəklər.

“Nərimanov küçəsi ərazisində yeni evlər tikilir və həmin məntəqənin adı yoxdur. İstəyirik ki, həmin küçə 12-ci küçə adlandırılsın. 11-ci küçə artıq var və növbəti 12-ci olacaq”, – Aqil Əmircanov bildirib.

Deputatlar qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul ediblər. 28 may tarixində Bələdiyyə Məclisi iclasında ümumilikdə 16 məsələ müzakirə olunub. Onlar arasında meriyada aparılan dəyişikliklər, büdcə hesabatı və bələdiyyə əmlakının istifadəyə verilməsi siyahısının, planının təsdiqlənməsi də var.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google