Marneuli meriyası fəlakət nəticəsində ziyan dəymiş ərazilərə getmək
üçün işçi qruplarına 50 cüt rezin çəkmə alıb.
Yerli özünüidarə ayaqqabıları sadələşdirilmiş qaydada fiziki şəxs
Abdulla Allahverdiyevdən alıb. Meriya bir rezin çəkməyə 38,25 lari,
ümumilikdə isə 1912,50 lari ödəyib.
Marneuli meri Kənan Ömərova təchizatları almaq üçün büdcədən vəsait
ayrılması tələbi ilə Maddi-Texniki Təminat Şöbəsinin rəhbəri Besik
Sexniaşvili müraciət
edib. Müqavilədə yazılıb ki, alqı-satqı
Marneuli bələdiyyəsində baş vermiş sel nəticəsində zərərçəkmiş
əhalini qeydə almağa yaradılmış işçi qrupları üçün həyata
keçirilib.
25 may tarixində, gecə saatlarında güclü yağış nəticəsində Algeti,
Xrami və Debet çayı daşıb. Marneuli şəhər küçələrinin bir qismi,
eləcə də bələdiyyənin bir neçə kəndi su altında qalıb. Təbii
fəlakətin baş verdiyi ərazilərdə hələ də təmizləmə işləri aparılır.
Dəymiş ziyanın miqdarı hələ də hesablanmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.