Gürcüstan Parlamentinin “rus qanunu”-nun yekun qəbulunu dəstəkləyən
84 deputatı arasında Kvemo Kartlinin majoritar deputatları da var.
Zaur Darğallı və Qoqi Meşveliani Gürcüstan Parlamentinə Kvemo
Kartlinin majoritar dairəsindən seçiliblər.
Savalan Mirzəyev isə Parlamentə “Gürcü Arzusu”-nun proprosional
siyahısı ilə daxil olub. Onların hər üçü ilk oxunuşdan qanunu
dəstəkləyiblər.
Zaur Darğallı Marneuli və Qardabani seçki dairəsindən seçilmiş
majoritar deputatdır.
İş təcrübəsi:
2019-2020
Marneuli meri
2017-2019
Kvemo Kartli dövlət qubernatorunun müavini
2014-2017
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan dövlət
nazirinin Kvemo Kartli regionu üzrə nümayəndəsi
2012-2013
Marneuli Mülki Məşğulluq Mərkəzi
2008-2011
Marneuli Gənclər Mərkəzi – proqram meneceri
Zaur Darğallı həmçinin, “Marneuli” radiosunda da işləyib,
amma o, həmin iş təcrübəsini Parlamentin veb-səhifəsində qeyd
etməyib.
Qoqi Meşveliani – Parlamentin Bolnisi, Dmanisi, Tetritskaro və
Tsalka majoritar dairəsindən seçilmiş deputatı
2014-2016
Bolnisi bələdiyyəsinin icra başçısı
2005-2014
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının və Gürcüstan
Qaçqınlar və Köçkünlər Nazirliyinin vahid koordinatoru
2001-2003
Gürcüstanın Gəlirlər Nazirliyinin Marneuli zonası üzrə vergi
müfəttişliyinin rəhbəri
1997-2001
Dövlət Vergi Müfəttişliyinin rəhbəri
1996-1997
Bolnisi rayon İcra Hakimiyyətinin İqtisadiyyat Xidmətinin rəhbər
müavini
1995-1996
Gürcüstan Parlament üzvünün bürosu – Büro rəhbəri
1994-1995
Gürcüstan Gənclərin İşi üzrə Dövlət Departamentinin müvəkkili
1991-1994
Gürcüstan Respublikasının Milli Qvardiyasının zabiti
Savalan Mirzəyev – Parlamentin “Gürcü Arzusunun” proporsional
siyahısından seçilmiş deputatı
İş təcrübəsi:
2013-2016
Gürcüstan Hökumət Dəftərxanasında Baş nazirin müavini
2009-2013
Qeydiyyat məsələləri üzrə Gürcüstan Dövlət naziri Aparatının İcra
Katibliyinin Dövlət nazirinin müşaviri, nazirin milli/etnik
azlıqların sıx məskunlaşdığı regionlarda nümayəndəsi
2007-2008
Qardabani bələdiyyəsinin İcra Hakimiyyəti Aparatının hüquqi
məsələlər üzrə baş mütəxəssisi, aparatın rəhbəri
2006-2007
Qardabani bələdiyyəsinin İcra Hakimiyyəti Aparatının Yenidənqurma
və Kommunal Təsərrüfat Xidmətinin baş mütəxəssisi
28 may tarixində Gürcüstan parlamentinin 84 deputatı vetonun
öhdəsindən gələrək, KİV və vətəndaş təşkilatlarının işini
məhdudlaşdıran Rusiya qanununun yekun qəbulunu dəstəkləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.