Marneulidə Uşaqların Müdafiəsi Gününü qeyd etmək üçün hansı tədbirlər planlaşdırılıb?
Marneulidə 31 may və 1 iyun tarixlərində Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün aktivliklər keçiriləcək. Tədbirlər haqqında Marneuli Mədəniyyət Mərkəzi və meriya məlumat yayıb.

Mədəniyyət Mərkəzi tərəfindən yayımlanmış məlumata görə, 31 may tarixində planlaşdırılmış tədbirdə aktivliklər saat 12:00-da Kitabxanadan başlayacaq. Saat 15:00-da “Luna və İşıldaböcəklər Planeti” tamaşası nümayiş olunacaq. Saat 17:00-da isə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən
vokal studiyası konsert keçirəcək.

Marneuli yerli özünüidarəsi tərəfindən yayımlanmış məlumata görə isə 1 iyun tarixində, Uşaqların Beynəlxalq Müdafiə Gününü qeyd etmək üçün aktivliklərə saat 13:00-dan başlayacaqlar.

“Dünya uşaqlarına sülh” tədbiri çərçivəsində saat təqdim olunacaq: Animatorlar Şousu və muiqili-əyləncəli proqramla DJ;

Saat 15:00-da isə Tbilisi Uşaq və Gənclər Teatrının dördüncü beynəlxalq festivalınının Marneuli proqramı çərçivəsində, Çindən gəlmiş uşaq teatrı “Sizə kiçik gavalı çiçəyi göndərirəm” tamaşasını təqdim edəcək

Məkan: Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi və ərazidə yerləşən park.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google