Şaumyanidə Armen Hovanesyanın kukla muzeyi açılıb
3 iyun tarixində Marneuli bələdiyyəsinin Şaumyan kəndində Armen Hovanesyanın kukla muzey-studiyası açılıb.
Məkanın yaradılmasına Niderland səfirliyi və Avropa İttifaqı maliyyə dəstəyi göstərib. Armen Hovanesyanın “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, kuklaların yeri yalnız evdəki yataq otağı idi, tamaşalar üçün də yataq otağından istifadə edirmiş. Sənətçinin evinə qonaq gedən Niderlandın keçmiş səfiri Maaike Van Koldan Armenə
studiya yaratmaq ideyası təklif edib və maliyyə dəstəyi göstərib.



“Bu gün mənim üçün çox mühüm gündür. Çünki mənim evimdə ayrı emalatxana, mənim studyam, teatr açılıb. Bu studiya yalnız turistlərlə deyil, həm də yerli uşaqlarla fəal olaraq işləməlidir. Bu kuklaların yaşadığı vacib məkan olacaq. Bu işdə köməklik göstərən hər kəsə minnətdaram. Əlbəttə, mən də öz vəsaitimi əlavə etdim, amma ən böyük səbəb motivasiya idi ki, mənim ayrıca studiyam olsun” – Armen Hovanesyan bildirir.

Studiyanın açılışında Niderlandın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Meline Arakeliani də iştirak edib.



“Bu gün mən Şumyandayam, Armen Hovanesyanın kukla muzeyinin açılışında iştirak edirəm. Burada kuklaların əhatəsində olmaq çox xüsusilə gözəldir. Düşünürəm ki, Armen öz sənəti ilə çox xüsusi dünya yaradır. Bu dünyada xeyirxahlıq, sevgi var və bunların hamısı müxtəlif etnik mənşəyi olan qəhrəmanlar arasında qarşılıqlı anlayışdır. Düşünürəm ki, Armen həqiqətən də bu regionda etnoslar arasında münasibətə öz töhfəsini verir. Çox xoşbəxtəm ki, Niderland səfirliyi bunların hamısına dəstək ola bildi” – səfir bildirir.

Avropa İttifaqının rəssamın emalatxanasının yaradılmasında maliyyə töhfəsi var. Layihə "Heks-Eper Georgia" (HEKS-EPER Georgia) təşkilatı tərəfindən təxminən 10 000 lari ilə maliyyələşdirilib. Həmin qurumun nümayəndələri Şaumyani kəndində Art-studiyanın açılışında iştirak ediblər. Layihə rəhbəri Qiorqi Tşiaşvilinin “Marneuli” radiosuna müsahibəsində dediyi kimi, analoji layihələrin həyata keçirilməsi regionun inkişafı üçün vacibdir.

“Bizim benefisiarlarımızdan biri Armendir, o, dağılmış bir məkanı gözəl bir məkana çevirib. İndi Şaumyana belə gözəl, yaradıcı məkan əlavə olunub və ümid edirəm ki, o, Marneulidə çoxlu turist cəlb edəcək mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Avropa İttifaqı və digər beynəlxalq donorlar regionun inkişafı, bir tərəfdən mədəni müxtəlifliyi inkişaf etdirən, həm də biznesi təşviq edən bütün kiçik, orta biznes üçün həyati əhəmiyyət kəsb edən oxşar layihələrin həyata keçirilməsini dəstəkləyir” – Qiorqi Tvaliaşvili bildirir. 


Armen Hovanesyan kuklalar vasitəsilə öz sözünü böyük auditoriyaya çatdırmağı və Marneulidə mədəniyyətin inkişafını təbliğ etməyi planlaşdırır.



Print Email
FaceBook Twitter Google