Sel nəticəsində ziyan dəymiş Xrami çayından gələn borunun təmirinə 67 968 lari xərclənib
26 may tarixində, Xrami çayının daşmasna görə Saimerlo kəndində yerləşən içməli su nasos stansiyasının borusuna ziyan dəyib və buna görə, kəndlərə içməli su verilməsi dayanıb. Stansiyanın borusu vasitəsilə Şulaveri inzibati vahidliyinin 14 kəndinə su verilirdi.
Marneuli meriyası Saimerlo kəndindəki içməli su nasos stansiyasının borusunu dəyişdirmək üçün sadələşdirilmiş qaydada “Georgia” MMC ilə müqavilə bağlayıb.

“Bildiyiniz kimi, 2024-cü ilin 26 may tarixində yağan güclü yağış nəticəsində daşan Saimerlo kəndində yerləşən Xram çayı içməli su nasos stansiyasındakı boruya ziyan vurub. Həmin boru vasitəsilə Şulaveri inzibati vahidliyinin 14 kəndinə (/İmir/ Araflı/ Qırmızıkənd/ Daştəpə/ Maradisi/ Mareti/ Seyidqocalı/ Axlımahmudlu/ Yenikənd/ Şulaveri bağ evləri/İmir bağ evləri). Şulaveri ərazi vahidliyinə daxil olan xəttin/məntəqənin 1732 abonentinə artıq bir neçə gündür içməli su verilmir. Həmin ərazidə çox acınacaqlı vəziyyət yaranıb, buna daşqından sonra yaranan l
ilin gətirdiyi antisanitar vəziyyət də əlavə olunub ki, bunun da təmizlik işləri ilə tam aradan qaldırılması üçün müəyyən vaxt lazımdır. Qeyd olunan şəbəkənin bərpası üçün 360 uzunluqda/metr (D=219 mm/qalınlıq 8 mm) içməli suya yararlı metal boru lazımdır”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Marneuli yerli özünüidarəsi 360 metr borunun alınması üçün “Georgia” MMC ilə 67 968 lari dəyərində sadələşdirilmiş müqavilə bağlayıb. Vəsait Marneulinin 2024-cü il büdcəsinin ehtiyat fondundan ayrılıb. 30 may tarixində bağlanmış müqaviləyə görə, şirkət meriyaya borunu təhvil verməli və müqavilə bağlandıqdan sonra 2 gün ərzində quraşdırmalıdır.

26 may tarixində Marneulidə baş vermiş təbii fəlakət əhaliyə böyük ziyan vurub. Güclü yağış nəticəsində Algeti, Xrami və Debet çayları daşıb. Marneuli şəhərinin küçələrinin bir qismi, bələdiyyənin bir neçə kəndi və kənd təsərrüfat torpaq sahələri su altında qalıb. Təbii fəlakətin nəticələri meriyada yaradılmış 6 işçi qrupu tərəfindən araşdırılır. Ancaq hələ də dəymiş ziyanın miqdarı ilə bağlı məlumat yoxdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google