Marneulili idmançılar Tbilisidə keçirilən ölkə çempionatında
iştirak ediblər. Çempionata Marneulidən üç idman klubu qoşulub.
Onlar “BARLAS” döyüş klubu, “Cəlil Səfərov” adına idman klubu və
“Görarxı” idman klubudur.
Yarışda “Barlas” döyüş klubundan 5 idmançısı iştirak edib. Döyüş
klubunun rəhbəri Faiq Məmmədovun sözlərinə görə, onun rəhbərlik
etdiyi klubun bir idmançısı Gürcüstan çempion olub.
“Yarışda mənim idman klubumdan 5 idmançı iştirak
edirdi. Onlardan biri 51 kq çəki dərəcəsində döyüşən Nicat Əlizadə
uğurla çıxış edərək Gürcüstan çempionu oldu. Böyüklər arasında
keçirilən yarışda döyüşən Altun Əsgərov isə üçüncü yerə çıxdı.
Digər idmançılarım isə məğlub oldular”.
Çempionatda iştirak edən “Cəlil Səfərov” adına idman klubunun
idmançıları da uğurla çıxış ediblər. Klubun baş məşqçisi Namiq
Səfərovun sözlərinə görə, onun idmançıları qələbə qazanmaq üçün
əllərindən gələni ediblər.
“Mənim iki idmançım – Nazim Səfərov və Rəvan Koxayev
qızıl, Murad Əliyev və Əli Məcidov gümüş, bir idmançım, İbrahim
Budaqov isə bürünc medal qazandılar. Bu bizim idman klubu üçün
yaxşı bir nəticədir”.
Marneulidən olan idmançılardan biri Macarıstanda keçiriləcək yarışa
vəsiqə qazanıb. Həmin idmançı “Görarxı” idman klubunun
idmançısıdır. İdman klubunun rəhbəri Tofiq Əkbərovun sözlərinə
görə, ölkə çempionatına onun idman klubundan 5 idmançı qatılıb.
“Tbilisidə keçirilən yarışa mənim idman klubumdan 5
idmançı getmişdir. Mənim idmançım olan Musa Hüseynov çempion oldu.
O, 30 kq çəki dərəcəsində döyüşürdü. 4 döyüş keçirdi və Gürcüstan
çempionu oldu. Bir idmançım, Bayram Hacıyev ikinci yerə çıxdı.
Digər üç idmançım isə məğlub oldular. Həmçinin Musa Hüseynov bu
qələbəsi ilə sentyabr ayında Macarıstanın Budapeşt şəhərində,
gənclər arasında keçiriləcək “WAKO döyüş növləri” üzrə yarışda
iştirak edəcək”.
Yarışda Qardabani, Bolnisi və Laqodexidən olan idman klubları da
iştirak ediblər. Həmin idman klublarının idmançıları da medallar
qazanıblar. Çempionatda iştirak edən “Qaracalar” idman klubunun 7
idmançısı yaxşı nəticələr əldə ediblər. Qardabanili məşqçi İsfahan
Əliyevin sözlərinə görə, bu cür yarışlarda iştirak etmələrində əsas
məqsəd regionda idmanın inkişafıdır.
“Bizim idman klubundan 11 idmançı qatılmışdı. Onlardan
Fətullah Xəlilov, Yunus Hacıyev, Alsu Sofieva və Elvira Əhmədova
1-ci yeri qazandılar. Adəm Babayev isə 2-ci yerə çıxdı. Əmrə
Hacıyev və Yamir Məmmədov isə üçüncü yerə çıxdılar. Bizim əsas
məqsədimiz isə gənclərə dəstək olmaqdır”, – İsfahan
Əliyev dedi.
16 idmançı ilə yarışa qatılan “Qardabani Fight Kickboxing” klubunun
məşqçisi Hacı Vəliyevin dediyinə görə, onun 4 idmançısı qələbə
qazanıb.
“Mənim 9 idmançım medal qazandı. Onlardan 4 nəfəri –
Nihat Sofiev, Kərim Vəliyev, Malik Əliyev və Canər Məmmədov
respublika çempionu oldu. 4 idmançım – Allahverdi Kərimov, Ümid
Mustafayev, Həmid Ömərov və Famil Qarayev ikinci və bir idmançım –
Cəlil Məsimov isə üçüncü yeri qazandı. Növbəti yarışlara da
hazırlaşırıq. Ümid edirəm ki, gələcək yarışlarda da böyük uğurlar
qazanacağıq”.
Çempionatda Bolnisi rayonunun Aşağı Qoşakilsə kəndində fəaliyyət
göstərən “İnam kikboks klubu”nun idmançıları da iştirak ediblər.
Klubun baş məşqçisi Şahin Bəxtiyarovun sözlərinə görə, onun
klubundan 12 idmançı iştirak edib.
“İdmançılar mənim rəhbərliyim altında qatılmışdılar.
Mənim idmançılarım k-1 üzrə döyüşdülər. Onlardan Məhəmməd
Alməmmədov, Nuru Kələyev və Sənan Salahlı birinci, Mübariz
Mehrabov, Rifat Məmmədov və Nihat Hacıyev ikinci və 5 idmançım isə
üçüncü oldu. Təəssüflər olsun ki, bir idmançım
uduzdu”, – Şahin Bəxtiyarov dedi.
Ölkə çempionatında Laqodexi rayonunun Qabal kəndində yeni
fəaliyyətə başlamış “Sport Fight Club Kabal” idman klubunun
yetirmələri də iştirak ediblər. Qabaldan yarışa 9 idmançı
qatılıb.
“Bizim klub yeni yaradılıb. Bu yarışda 9 idmançı ilə
iştirak etdik. Onlardan Eşqin Quliyev birinci yerə çıxdı. Sahil
Namazov ikinci yeri qazandı. Rauf Əliyev, Emir Məhərrəmov, İsə
Axundov, Turay Məmmədov, Coşqun Cəfərov, Sərxan Nəbiyev və Oruc
Əliyev üçüncü yeri qazandılar”, – Yavər Məmmədov
dedi.
Yarış Gürcüstan Milli Tayboks və Kikboksinq Federasiyasının
təşkilatçılığı ilə 31 may, 1 və 2 iyun tarixlərində keçirilib.
Çempionatda 290 idmançı iştirak edib. Yarışda Marneuli ilə yanaşı
Tbilisi, Qardabani, Bolnisi, Rustavi və Gürcüstanın müxtəlif
bölgələrindən olan idmançılar da iştirak ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.