Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneuli şəhəri, 20
Yanvar küçəsində parkın salınmasını planlaşdırır.
20 Yanvar küçəsi Marneulidə “Gorgia” Ticarət Mərkəzi və 4 saylı
ictimai məktəbin arxasında yerləşir.
“Layihədə nəzərdə tutulan ərazi Marneuli şəhərinin 20
Yanvar küçəsində yerləşir və yaşayış binalarının ərazisindəki
məkandır, az-çox çətin relyefi var. Relyefdən və digər
məhdudiyyətlərdən irəli gələrək, əsas hissə piyada cığırları və
istirahət məkanlarıdır. Eniş olduğuna görə, məkan ərazisinin şimal
hissəsində (bina tərəfdə) yaradılıb. Bundan əlavə, layihəyə uyğun
olaraq, məkanın təhlükəsiz təşkili üçün bir dayaq divarı və bir
hasar tikilir. Layihəyə əsasən, park fiziki məhdudiyyəti olan
şəxslərə uyğun olacaq”, – parkın tikintisi üçün smeta
sənədlərində yazılıb.
Marneuli meriyası Marneuli şəhərində 20 Yanvar küçəsində parkın
salınmasına 107 716 lari xərcləyəcək. Parkın salınması üçün vəsait
tamamilə Marneuli bələdiyyə büdcəsindən ayrılıb.
Yerli özünüidarə 28 may tarixində tender elan edib. Tenderdə
iştirak etmək istəyən şirkətlər 13-18 iyun tarixlərində öz
təkliflərini göndərə bilərlər. Tenderdə qalib gələn şirkət müqavilə
bağlandıqdan sonra 90 gün ərzində işləri yerinə yetirməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.