Marneulidə mərkəzi parkın yaxınlığında basketbol meydançasının
tikintisi nəzərdə tutulub.
Marneuli meriyası 17 iyun tarixində işlərin alqı-satqısı üçün 63
645 lari dəyərində tender elan edib. “Yenə də Böyüyəcəklər” parkı
yaxınlığında meydanın tikilməsi layihəsini “Arkgzacomunproject” MMC
tərtib edib.
“Sökülmə işləri çərçivəsində layihə ərazisində 25 sm
torpaq sahəsi kəsiləcək. Mövcud panel hasar müvəqqəti olaraq
sonrakı quraşdırılma üçün qismən çıxarılacaq. Layihə işləri
çərçivəsində ərazidə 10*14 m ölçülərində basketbol meydançası
tikiləcək. Beton səthə basketbol meydançaları üçün xüsusi 6 qatlı
örtük töküləcək. Layihədə fənərlərin quraşdırılması da nəzərdə
tutulub. Sökülmə işləri çərçivəsində çıxarılan panel hasar elə
quraşdırılacaq ki, meydan park ərazisi çərçivəsinə
düşəcək”.
Basketbol meydançasının tikintisi ilə bağlı tenderdə iştirak etmək
istəyən şirkətlər 3-8 iyul tarixlərində təkliflərini təqdim edə
biləcəklər. Qalib müqavilə imzalandıqdan sonra 35 gün ərzində
işləri meriyaya təhvil verməlidir.