Marneuli şəhərinin girişlərində yeni lövhələr quraşdırılacaq

Marneuli şəhərinin iki girişində yeni lövhələr quraşdırılacaq.


"Marneuli" radiosuna Marneuli meriyasından bildiriblər ki, şəhərin girişində lövhələri Gürcüstan hökuməti quraşdıracaq.

Marneuli meriyasının İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdelani bildirib ki, Gürcüstan hökuməti bütün ölkə miqyasında şəhərlərin girişlərinə lövhələr yerləşdirir.

Marneuli şəhərinin girişlərində iki yerdə - Tbilisidən Marneuliyə giriş yolu olan “Yenə də Böyüyəcəklər” abidəsinin yaxınlığında və Sadaxlıdan Marneuliyə giriş yolunda, “Qafqaz” mehmanxanası
yaxınlığında lövhələr yerləşdiriləcək. Meriyanın İnfrastruktur və İqtisadi İnkişaf Xidməti rəhbərinin sözlərinə görə, Bolnisidən Marneuli şəhərinə giriş yolunda da lövhələrin yerləşdirilməsi planlaşdırılırdı, ancaq yolun dar olduğuna görə, hələ işlər həyata keçirilmir.

Mövcud məlumata görə, lövhələrdə “Marneuli şəhəri” yazılacaq və Marneulinin gerbi olacaq.

 

Print Email
FaceBook Twitter Google