Marneulili Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan kuboku yarışlarının gümüş mükafatçısı olub

Marneulili Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan kuboku yarışlarının gümüş mükafatçısı olub.



Marneuli İdman Məktəbinin yayımladığı məlumata əsasən, cari ilin 26-29 iyul tarixlərində, Batumi şəhərində, Anqisi atıcılıq məkanında Gürcüstan kuboku uğrunda yarışların ikinci mərhələsi baş tutub. Marneuli İdman Məktəbinin oxçusu Salome Xarşiladze (fərdi məşqçisi: Qiorqi Qordeziani) yarışlarda uğurla iştirak edib və ikinci yeri tutub.

Yarış fərdi olub
və yalnız 70 metr məsafəyə klassik oxçuluq kateqoriyasında keçirilib.

Turnirdə Gürcüstan Milli Oxçuluq Federasiyasının prezidenti Simon Nozadze, Gürcüstan Milli Oxçuluq Federasiyasının vitse-prezidenti Mamuka Naveriani və Acarıstanın Oxçuluq Federasiyasının prezidenti Lado Bolkvadze iştirak ediblər və qalibləri mükafatlandırıblar.



 

Print Email
FaceBook Twitter Google