1 avqust tarixində Marneuli "Geo Hospitals" klinikasına azyaşlı
uşaq gətirilib. O, koma vəziyyətində olub və beyin nahiyəsindən
xəsarət qeydə alınıb.
Marneuli “Geo Hospitals” klinikasının Pediatriya Şöbəsinin rəhbəri
və təcili pediatriya xidmətinin həkimi Elman Sadıqov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, uşağın valideynləri,
qohumları uşağın oynadığı zaman yıxıldığını, baş nahiyəsindən
xəsarət aldığını bildiriblər. Müayinələrdən sonra isə müəyyən
olunub
ki, azyaşlının başına güllə dəyib.
“Saat birin yarısında uşağı gətirdilər. Valideynləri və
qohumları gətirmişdilər. Çox ağır vəziyyətdə – komada idi. Beyin
nahiyəsində qanaxma var idi. Valideynləri dedilər ki, uşaq qardaşı
ilə oynayırmış və qardaşı onu itələyib, uşaq yıxılıb. Bildirirdilər
ki, çınqıla yıxılıb və başı yerə dəyib. Çınqıl xırda daşlardı və
dedilər ki, yıxılan zaman xırda daşlardan biri beyin nahiyəsinə
girib”, – Elman Sadıqov bildirib.
Xəstəni Marneuli “Geo Hospitals” klinikasından Tbilisiyə, İnqoroğva
klinikasına aparıblar. Klinikada azyaşlının beyninə güllə dəydiyi
təsdiqlənib.
“Lazımı reanimasiya müdaxiləsindən sonra süni tənəffüs
aparatına qoşulmuşdu. Bundan sonra həyat üçün lazımı göstəricilər
stabilləşdi. Nəzarət altında saxlayırdıq. Polisə də bildirdildi ki,
uşaq travma ilə gətirilib. Heç birimiz bunu fikirləşmirdik. Çünki
valideynlər və qohumlarının dəfələrlə sorğulanmasından sonra eyni
cavabı almışdıq ki, uşaq yıxılaraq xəsarət alıb. Saat 2-də bizim
klinikadan xəstəni İnqoroğva klinikasına apardılar. Məhz orada
müəyyən olunub ki, uşağın başında daş deyil, güllə
var”, – Elman Sadıqov bildirib.
İnqoroğva klinikasının Pediatriya Şöbəsinin rəhbəri Qia
Bibileişvili "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki,
azyaşlının beyninə tüfəng gülləsi dəyib.
“Tüfəng ilə çox ciddi xəsarət dəyib. Real olaraq, bu
güllə arxa beyindən girib, əhəmiyyətli yol keçib və orta beyin
strukturlarına ziyan vurub. Güllə elə yerdə ilişib qalıb ki,
praktiki olaraq onu çıxarmaq mümkün deyil. İndiki mərhələdə süni
tənəffüs aparatındadır. Həm proqnoz baxımından, həm də hazırda
idarə olunması çox çətin xəstədir”, – Bibileişvili
bildirib.
İnqoroğva klinikasının Pediatriya Şöbəsinin rəhbərinin sözlərinə
görə, güllənin dəyməsi nəticəsində azyaşlının beyninə ciddi ziyan
dəyib və xəstənin vəziyyəti ilə bağlı proqnoz vermək çətindir.
“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən əlavə məlumat almağa
çalışır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415