Uşağın başından xəsarət alması faktı ilə bağlı ehtiyatsızlıqdan sağlamlığa zərər vurma maddəsi ilə istintaqa başlanılıb
Daxili İşlər Nazirliyi Marneulidə tüfənglə uşağın baş nahiyəsinə xəsarət yetirilməsi faktı ilə bağlı ehtiyatsızlıqdan sağlamlığa zərər vurma maddəsi ilə istintaqa başlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaqa başlanılıb. Həmin maddə ehtiyatsızlıqdan sağlamlığa qismən ağır və ya ağır zərər vurmanı nəzərdə tutur.

Törədilmiş cinayətə görə cərimə, yaxud 2 ilə yaxın islah cəzası təyin
olunur.

1 avqust tarixində Marneuli “Geo Hospitals” klinikasına azyaşlı uşaq gətirilib. Uşaq koma vəziyyətində olub və beyin nahiyəsində xəsarət qeydə alınıb. Marneuli “Geo Hospitals” klinikasının Pediatriya Şöbəsinin rəhbəri və təcili pediatriya xidmətinin həkimi Elman Sadıqov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, uşağın valideynləri, qohumları uşağın oynadığı zaman yıxıldığını, baş nahiyəsindən xəsarət aldığını bildiriblər. Müayinələrdən sonra isə müəyyən olunub ki, azyaşlının başına güllə dəyib.

Xəstəni Marneuli “Geo Hospitals” klinikasından Tbilisiyə, İnqoroğva klinikasına aparıblar. Klinikada azyaşlının beyninə güllə dəydiyi təsdiqlənib.

İnqoroğva klinikasının Pediatriya Şöbəsinin rəhbərinin sözlərinə görə, güllənin dəyməsi nəticəsində azyaşlının beyninə ciddi ziyan dəyib və xəstənin vəziyyəti ilə bağlı proqnoz vermək çətindir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google