Marneuli meriyası Tserakvi kəndində, “Vahid Qafqaz – One
Caucasus” beynəlxalq musiqi festivalının təşkil edilməsi xidmətinin
alınması üçün 53 700 lari dəyərində tender elan edib.
Tender sənədlərinə görə, qeyd olunan vəsait ilə aşağıdakı xidmətlər
planlaşdırılır:
- Üstü örtülü səhnə
- Məşq üçün səhnə
- Səhnə səsləndirməsi
- Dizel ilə işləyən generator
- Səhnənin arxası üçün baner
- Əsas səhnə üçün təhlükəsizlik
barrikadaları
- Çadırların icarəyə götürülməsi
- Nəşr olunacaq material
- Təhlükəsizliyin təmin edilməsi
Tenderdə iştirak etmək istəyən şirkətlər 10-13 avqust tarixlərində
öz təkliflərini təqdim edə bilər.
Festival Marneulinin Tserakvi kəndində 4 gün ərzində – 22-25 avqust
tarixlərində keçiriləcək.
Qeyd edək ki, “Vahid Qafqaz” festivalı illərdir, üç ölkənin
sərhədində, Marneuli bələdiyyəsinin Tserakvi kəndində keçirilir.
Layihədə iştirak etmək üçün müxtəlif ölkələrdən musiqiçilər və
könüllülər gəlirlər. Onlar bir növ festival şəhərciyi
yaradırlar.
Bu şəkildə Marneuli sakinləri və Cənubi Qafqazda yaşayan xalqların
birlikdə 4 gün keçirmək üçün məkanları olur. Gənclər musiqi
dinləyir, ailələri ilə birlikdə dincəlir və qonşu ölkələrin
mədəniyyəti ilə tanış olurlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415