Mayka, beyc, qələm – meriya Gənclər Şurası üçün 2702 lari dəyərində əşyaları sadələşdirilmiş qaydada alıb

Marneuli bələdiyyəsində Gənclər Şurası yaradılıb.



Meriya şura üçün mayka, beyc, qələm, bloknot, papaq və stəkanlar almağa 2702 lari xərcləyib.

“Xatırladaq ki, Marneuli meriyasının bazasında Gənclər Şurası yaradılıb. Şura üzvlərinə öz öhdəliklərini tam yerinə yetirmək məqsədi ilə müvafiq dəftərxana ləvazimatları və aksessuarlar alınmalıdır:

- Mayka – 50 ədəd;
- Beyc – 26 ədəd;
- Qələm – 100 ədəd;
- Bloknot
– 40 ədəd;
- Papaq – 50 ədəd;
- Stəkan – 50 ədəd;

Xahiş edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş işləri həyata keçirmək tapşırığı verəsiniz”
– sadələşdirilmiş tender sənədində yazılıb.

“Gənclər Şurasının” yeni tərkibi 2 il müddətinə seçilib, 16 yaşdan 29 yaşa qədər və Marneuli bələdiyyəsində  yaşayan 26 nəfər gəncdən ibarətdir.
Şura üzvləri iclasda şura sədri və 3 nəfər sədr müavini seçiblər.


 

Print Email
FaceBook Twitter Google