Kea Kavkasia (CARE), İnsan Hüquqları naminə Tərəfdaşlıq (PHR), İcma
radiosu “Marneuli” və Demokratiya Laboratoriyası ilə tərəfdaşlıqla
“Təhlükəsiz və bərabərhüquqlu İcmanın Qurulması üçün Gender
Ədaləti” layihəsini həyata keçirir. Layihə Avropa İttifaqının
maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas mqəsədi Gürcüstanda gender bərabərliyinə dəstək və
gender əlaməti ilə zorakılığın azaldılmasıdır. Layihənin əsas
istiqamətlərindən biri qadınların iqtisadi gücləndirilməsidir. Bu
qadınlara
qarşı zorakılığın aradan qaldırılması üçün mühüm
faktordur.
Bu məqsəd ilə Kea Kavkasia (CARE) zorakılıq qurbanı olan qadınlar
üçün biznes qrant müsabiqəsi elan edir ki, onlar mikro, kiçik, orta
biznesə başlasınlar və ya bizneslərini inkişaf etdirsinlər.
Hər bir qalib layihəyə biznes-planın ehtiyacından irəli
gələrəkayrılmış qrantın miqdarı milli valyuta ekvivalentində,
mövzcud kursa əsasən, minimum 2000 və maksimum 7500 avrodur.
Layihənin hədəf məkanı:
- 1. Kaxeti: Telavi, Axmeta, Saqareco və Qurcaani
bələdiyyələri;
- 2. Kvemo Kartli: Mareuli, Bolnisi, Dmanisi və
Tetritskaro bələdyyələri;
- 3. Tbilisi (Yalnız ukrayna icma
nümayəndələri).
- Qrant müsabiqəsində iştirak etmək
meyarları:
- 1. İdeya gender əlaməti ilə, yaxud ailədə zorakılıq
qurbanı olan qadın/qadınlar qrupu tərəfindən irəli
sürülməlidir;
- 2. İdeyanın həyata keçirilməsi gender əlaməti və ya
ailədə zorakılıq qurbanı qadınların iştirakı təmin
etməlidir;
- 3. Biznes təklif /ideya gender əlamət və ya ailədə
zorakılıq qurbanı olan qadınların işlə təmin edilməsi, yaxud ailədə
zorakılıq qurbanı olan qadınların işlə təmin edilməsi, yaxud işlə
təmin edilmə imkanının yaradılmasına
istiqamətlənməlidir;
- 4. müraciət edən 10 yaşdan yuxarı Gürcüstan rezidenti
olmalıdır;
- 5. Layihə hədəf bələdiyyələrdə həyata
keçirilməlidir;
- 6. Biznes qeydiyyatı olmayan qadınlar qrant tələb edə
bilərlər. Ancaq qrantın təsdiqlənməsi halında onlar qrant
müqaviləsi bağlanana qədər fərdi sahibkar olaraq, yaxud müvafiq
hüquqi şəxs (assosiasiya/kooperativ) qeydiyyatdan
keçməlidirlər;
Qrant müsabiqəsi bir neçə mərhələ olaraq həyata keçirilir:
I mərhələ ideyanın elektron formada təqdim edilməsindən ibarətdir.
Kiçik qrant müsabisəqində iştirak etmək istəyənlər ideya üçün
elektron forma doldururlar.
Maraq ifadə etmək forması linkdə elektron qaydada
əlçatandır:
İdeyanın təqdim edilmə formasının tam doldurulması mütləqdir.
Natamam və ya fərqli formada doldurulmuş, gecikmiş müraciətlər
qəbul olunmayacaq.
İdeyanı təqdim etmək üçün elektron formanın göndərilməsinin son
vaxtı 2024-cü ilin 18 sentyabrdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415