Marneuli yerli özünüidarəsi artıq üçüncü dəfədir, Marneuli
şəhəri, 9 aprel küçəsi ərazisində Algeti sahilbərkitmə bərpa
işlərinin smeta sənədlərinin tərtib edilməsi xidmətinin alınmasına
cəhd edir.
Marneuli meriyası smeta sənədlərinin tərtib edilməsi üçün üçüncü
dəfə, 10 oktyabr tarixində tender elan edib. Tender komissiyasının
iclas protokoluna uyğun olaraq, tender əvvəlki şərtlər ilə elan
olunub.
“Tender Komissiyasının iclası zamanı qeyd olunub ki,
həmin tenderlər artıq elan olunubmuş və mənfi nəticə ilə başa
çatıb. Müvafiq olaraq, tender komissiyası təkrar tender elan
olunmasını məqsədəuyğun hesab edib”, – Tender
komissiyasının iclas protokolunda qeyd olunub.
Marneuli meriyası Algeti çayının 9 aprel küçəsi ərazisindən keçən
hissəsində sahilbərkitmə işlərinin smeta sənədlərinin alınması üçün
7500 lari xərcləməyi planlaşdırır.
Yerli özünüidarə birinci tenderi 20 avqust tarixində elan edib.
İkinci tender isə 19 sentyabr tarixində elan olunub. Əvvəlki
tenderlərdə heç bir şirkət iştirak etməyib, buna görə də baş
tutmayıb.
Üçüncü tenderdə iştirak etmək istəyən şirkətlər 25 oktyabrdan 28
oktyabra qədər öz tender təkliflərini təqdim edə bilərlər.
Tenderə görə, Algeti çayının 9 aprel küçəsi ərazisindən keçən
hissəsində sahilbərkitmə işlərinin təxmini dəyəri 150 000
laridir.