Bu gün, 11 oktyabr tarixində Saqareco Bələdiyyəsinin Yormuğanlı
kəndində yerli özünüidarə Çay festivalı keçirib.
Səhnədə mərkəzi və yerli özünüidarə nümayəndələri çıxış
ediblər.
Dinləyicilər arasında ictimai fəallar plakat açıblar. Onlar
"Əvvəlcə yol, sonra şənlik" başlığı altında aksiya keçiriblər. Bu
barədə Tozu Gülməmmədli öz feysbuk səhifəsində canlı yayımda
bildirib.
"Hazırda çay festivalındayıq. Bura o kənddir ki, burada yol və su
yoxdur. "Gürcü Arzusu"nun başqa vaxt yadına düşmürük ki, burada
xalq yaşayır. Bu nazirin, qubernatorun yadına düşmürük. Amma indi
seçkiqabağı səs istəməyə gəliblər və bunlar çay festivalı deyirlər.
Çay festivalı - bir masadır, bir samovar da çay. Soğolaşvili gəlib,
buradadır. Hansı ki, Parlamentdə olduğu müddətdə bir dəfə bizim
problemimizdən danışmayıb. Avtandili də bir dəfə keçən seçki
ərəfəsində görmüşdüm. Aleksi Egelaşvili isə danışanda deyir ki,
sizin kəndinizdə heç bir problem yoxdur. Təsəvvür edin bu qədər
haqq-hesab qalıb kənarda. Bunlar çay festibalı edirlər ki, insanlar
gəlib çay içəcəklər, müğənniyə qulaq asacaqlar və səs alacaqlar.
Bura bağçanın həyətidir, ətrafıdır. Yuxarı məhəllənin su krantları
yoxdur. İçməli su problemdir. Suvarma suyundan, hüquqlarımızdan
söhbət gedə bilməz. Soruşuram bizim kənddə təhsil, yol, su problemi
yoxdurmu? Biz burada şənlik keçirilməsi əleyhinə deyilik. Ondan
əvvəl bizə yol, su, bərabərhüquqluluq, bərabər imkan
lazımdır", - Tozu Gülməmmədli dedi.
İctimai fəalın canlı yayımında Barışıq və Vətəndaş Bərabərliyi
məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri çıxış edib.
Çıxışı zamanı azərbaycan və gürcü xalqının əsrlər əvvəl nail olduğu
dostluqlarından bəhs edib.
"Gürcüstanda yaşayan bütün millətlərin öz mədəniyyəti,
adət-ənənələri var. Bizim ölkədə sülh, harmoniyalı birgəyaşayış
əsrlər ərzində bu günədək ona görə var ki, biz bir-birimizin
ənənələrimizi qiymətləndiririk, hörmət edirik. Çay sizin və bizim
üçün bir-birinə sevginin simvoludur. Bu gün hər birimiz bu
festivalda çay içdiksə, bu o deməkdir ki, biz dostuq, ümumi
məqsədlərimiz var, bir-birimizə hörmət edirik. Sizə uğurlar arzu
etmək istəyirəm. Arzu edirəm ki, həyatınız festival kimi gözəllik,
mehribançılıq və uğurla dolu olsun", - Lia Qiqauri
bildirib.
Ötən ildən müxtəlif bələdiyyələr festivallar keçirməyə başladılar.
Bu Saqarecoda Çay festivalı, Marneulidə isə "Marneuloba" idi.
Marneulidə olduğu kimi Saqarecoda da kompakt şəklidə azərbaycanlı
yaşayır.
Təçkilatçılar tədbirlərə Azərbaycanlı müğənni dəvət etmişdilər.
Saqarecoda bu festivalın keçirilməsinin neçəyə başa gəldiyini
öyrənə bilmədik. Saqareconun meriyasından zəngimizə cavab
vermədilər. Yerli özünüidarəyə festivalın keçirilməsinin neçəyə
başa gəldiyini öyrəndikdə material yenilənəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415