Şulaveri 1 saylı ictimai məktəbində xeyriyyə festivalı keçiriləcək
“İnsan insan üçün günəşdir” - bu başlıq altında, 10 noyabr tarixində Roman Zoidze adına 1 saylı ictimai məktəbdə xeyriyyə konserti keçiriləcək.
Məktəbin pedaqoqu Dali Kekelidzenin sözlərinə görə, vəsait iki məhdud imkanlı uşağın aztəminatlı ailələri üçün toplanacaq. Fəaliyyətlər saat 11:00-da başlayacaq.

“Bizim məktəbin həyətində xeyriyyə festivalı keçirilir. Festival çərçivəsində əl işləri sərgisi və satış, idman fəaliyyətləri, musiqi
nömrələri olacaq. Həmçinin müxtəlif şirniyyatlar və samovarla Azərbaycan çayı təqdim ediləcək. Sevgi ilə sizi gözləyirik. Birlikdə yaxşı işlər görək"
- deyə Dali Kekelidze bildirib.

Məktəb bu xeyriyyə tədbirlərini bir neçə ildir təşkil edir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google